Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-178/2024 20.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Neftçala rayonu, 1-ci Filtr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Xolqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 20 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 16 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kəndində birgə yaşadıqları evdə əri Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı fiziki ağrı yetirməklə qəsdən döymüşdür. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayır. 05 aprel 2024-cü il tarixdə birgə yaşadıqları evdə əri Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı əri mətbəxdən bıçaq götürərək onun üzərinə gəlmiş və sol əli ilə boğazından tuturaq bir qədər sıxıb boğazını əzmişdir. Daha sonra isə ona təpiklə xəsarət yetirmişdir. Eyvaz bıçağı onun boğazına tutarkən qışqırmış və səsə qızları Yəmən və Rəna gəlib Eyvazın qolundan tutaraq onu kənarlaşdırmaq istəyərkən bıçaq elə Eyvazın özünün qoluna toxunmuş və xəsarət almışdır. Qeyd edir ki, o, mübahisə zamanı Eyvazı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Buna baxmayaraq Eyvaz DİN-in 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. O, özü Eyvazdan şikayətçidir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu bildirmişdir ki, 05 aprel 2024-cü il tarixdə birgə yaşadıqları evdə arvadı Şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə olmuşdur. Həmin vaxt arvadı Gülputa mətbəx bıçağı ilə ona sol qolundan xəsarət yetirmişdir. Hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və daha sonra tibbi yardım alması üçün həkimə getmişdir. Qeyd edir ki, uzun müddətdir ki, arvadı ilə aralarında tez-tez mübahisələr olur. Mübahisə əsasən arvadının daim sosial şəbəkələrdə olması ilə bağlı olur. Şəxs ilə barışmadığını bildirərək, ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-178/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-178/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver