Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-179/2024 03.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Neftçala rayonu Tatarməhlə kəndində yaşayan, Neftçala rayonu Tatarməhlə Bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsindən daxil olmuş 01 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Mehdiyev X1 rayonu, Tatarməhlə Bələdiyyəsinin 15 yanvar 2024-cü il tarixli 01 saylı, 05 fevral 2024-cü il tarixli 02 saylı, 07 mart 2024-cü il tarixli 03 saylı iclas protokolları üzrə qəbul olunmuş aktların surətlərini Şirvan Regional Ədliyyə İdarəsinə qanunvericilikdə müəyyən olunmuş müddətdə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs haqqında tərtib edilmiş inzibati xətaya dair protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi X2 tərəfindən tərtib edilmiş 01 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 549.2ci maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə olan halda Şəxs qanunla müəyyən edilmiş həddə inzibati tənbeh növündə cəza verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-179/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-179/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver