Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-19/2024 29.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 09 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 09 yanvar 2024-cü il tarixli, 00100-00047/24 nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs (VÖEN:**********) ünvanına **-AA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixində Biləsuvar gömrük postundan keçməklə ölkə ərazisinə daxil olan **********05870 qeydiyyat nömrəli mala dair gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən X1 Sitsteminə baxış zamanı Şəxs ünvanına **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair xx.xx.2023-cü il tarixdə **********3993 sorğu nömrəli GB mallar təyinat ünvanına çatdırıldıqdan 2 ay 12 gün sonra gömrük orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs ünvanına İran İslam Respublikasından **-AA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan gömrük bəyənnaməsindən və invoysdan görünür ki, Şəxs (VÖEN:**********) ünvanına **-AA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixində Biləsuvar gömrük postundan keçməklə ölkə ərazisinə **********05870 qeydiyyat nömrəli mallar daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmiş Şəxs nümayəndəsi X2 Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatında son dəfə şirkətin ünvanına xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınında daxil olan yüklərin Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********4139 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyini, həmin yüklərə dair gömrük bəyannaməsinin gec verilməsi (2 ay 12 gün sonra) ilə bağlı bildirmişdir ki, sənədlər AQTA tərəfindən gec təqdim edilmişdir. İşə əlavə olunmuş raportdan görünür ki, Şəxs (VÖEN:**********) ünvanına **-AA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixində Biləsuvar gömrük postundan keçməklə ölkə ərazisinə daxil olan **********05870 qeydiyyat nömrəli mala dair gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyi müəyyən edilmişdir. Belə olan halda Şəxs hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinə əsasən “Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi Şəxs barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Şəxsndən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-19/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-19/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver