Məhkəmə qərarları › İş №3(053)-199/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-199/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-199/2023 24.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Neftçala rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə xx xxxxxx 1952-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, birinci dərəcəli əlil, təqaüdçü, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Neftçala rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, "B" modelli, "49293" nömrəli, lülələri "84803" nömrəli, lülə yatağı "12328" nömrəli eyni modeldən olan ov silahının lülələri və lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, qoşalüləli yivsiz, odlu, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan mülki, ov silahını əldə edib yaşadığı evdə saxlamışdır. Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və qərar baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində yaşadığı evdə axtarış zamanı tapılan qoşalüləli ov tüfəngini o, təxminən 4-5 il bundan əvvəl tanımadığı şəxsdən 200 manat məbləğində pul qarşılığında almışdır. Həmin tüfəngi də onun özünə məxsus nohurçuluq təsərrüfatı olduğu üçün, həmin nohurçuluq təsərrüfatında olan balıqları heyvanlardan qorumaq üçün istifadə etmək məqsədi ilə almışdır. Lakin, uzun müddətdir həmin tüfəngdən istifadə etmir. Həmin tüfəngə dair heç bir rəsmi sənədi yoxdur. Eləcə də, onun ovçuluq bileti də yoxdur. Birinci dərəcəli gözdən əlildir. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Neftçala rayon prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə bağlı olaraq Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən yaşayış evində və evin həyətində yerləşən yardımçı tikililərdə axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs yaşadığı evdə axtarış aparılmış, axtarış zamanı onun yaşadığı evin ikinci mərtəbəsində solda olan 3-cü yataq otağından xalçanın yanında qoşalüləli qundağının nömrəsi 49293-58, lüləsinin nömrəsi N84803, lülə altlığının nömrəsi 12328-57 olan ov tüfəngi aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxs yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan odlu silahın saxlanması xüsusatı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmiş və həmin hissədə material ayrılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs törətdiyi əməli etiraf etmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsini və 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “B” modelli, "49293" nömrəli, lülələri "84803" nömrəli, lülə yatağı "12328" nömrəli eyni modeldə olan ov silahının müsadirə edilməsini xahiş edir. İşdə olan Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli inzibati xətalara dair işlər üzrə icraata başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və qərar baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 05-i/2023 nömrəli materialdan görünür ki, 26 yanvar 2023-cü il tarixdə Şəxs yaşadığı evdə axtarış aparılmış, axtarış zamanı onun yaşadığı evin ikinci mərtəbəsində solda olan 3-cü yataq otağından xalçanın yanında qoşalüləli qundağının nömrəsi 49293-58, lüləsinin nömrəsi N84803, lülə altlığının nömrəsi 12328-57 olan ov tüfəngi aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-ballistik ekspertizasının 02 fevral 2023-cü il tarixli, 3/181 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “B” modelli, "49293" nömrəli, lülələri "84803" nömrəli, lülə yatağı "12328" nömrəli eyni modeldə olan ov silahının lülələri və lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. İşdə olan Neftçala RPŞ-nin 30 may 2023-cü il tarixli, 3-13-100/2- 5749/2023 nömrəli məktubundan görünür ki, Neftçala rayonunun Tatarməhlə kəndində qeydiyyatda olan, xx.xx.1952-ci il təvəllüdlü Şəxs adına hər hansı markalı ov silahı qeydiyyata alınmamışdır. Həmçinin, lülə nömrəsi 84803 olan ov silahının da hər hansı bir şəxsin adına qeydiyyata alınması müəyyən edilməmişdir. 49293 nömrəli, 16 kalibrli, "TULA" markalı ov silahı isə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Masallı şəhəri, Davda küçəsi, ev 48-də qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü X2 adına qeydiyyata alınmış, 12328 nömrəli, 16 kalibrli, "TOZ" markalı ov silahı isə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü X5 adına qeydiyyata alınmışdır. İşdə olan 11 may 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsinin surətindən görünür ki, Şəxs birinci dərəcəli gözdən əlil olmaqla, əmək qabiliyyətsizdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş 31 may 2023cü il tarixli inzibati xətalara dair işlər üzrə icraata başlanması haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, birinci dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hallar kimi əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, birinci dərəcəli əlil olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini mümkün hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. Neftçala rayon polis şöbəsində saxlanılan 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, "B" modelli, "49293" nömrəli, lülələri "84803" nömrəli, lülə yatağı "12328" nömrəli eyni modeldə olan ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar