Məhkəmə qərarları › İş №3(053)-199/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-199/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-199/2025 08.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 25 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 fevral 2025-ci il tarixində saat 10 radələrində Neftçala rayonu Xəzər kəndində atası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəmnində sonuncunun yerə basdırdığı su borularını qazıb yerdən çıxardaraq balta ilə doğrayıb ona 100 (yüz) manat məbləğində maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə ictaat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs verdiyi izahatında Neftçala rayonu Xəzər kəndində oğlu Babək və arvadı Gülçöhrə ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, oğlu Şəxs isə onunla qonşuluqda yaşayır. 2024-cü ilin iyun ayında oğlu Tural ondan yaşadığı evə qaz, işıq xəttləri çəkdirmək üçün 850 manat məbləğində borc pul istəmişdir. O, da Turala hissəhissə 850 manat pul vermişdir. Tural ona işləyib tezliklə pulu qaytaracağını demişdir. 2024cü ilin avqust ayında 100 manata, 50 diamertrlik kauçuq boru alaraq Turalın kömərliyi ilə 100 metr uzaqda olan su kanalından həyətinə yeraltı içməli su çəkmişdir. 2025-ci ilin fevral ayının əvvəllərində pay torpaqlarına ayrılan supsidiya kartlara köçmüşdür. Onların pay torpaqları bir yerdə olduğuna görə, Turalın adında olan 5 ha torpaq sahəsinin 310 manat pulu onun kart hesabına köçmüşdür. Tural da xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində arvadı Gülnarı onlara göndərib torpaq pulunu istəmişdir. O, da Gülnara, Turalın ona 850 manat borcunun olduğunu bildirmiş və Gülnara Turalı çağırmağını demişdir. Gülnar getmiş, lakin Tural gəlməmişdir. xx.xx.2025-ci il tarixdə saat 07 radələrində şəxsi təsərüfatında saxladığı iri buynuzlu heyvanlarını örüşə aparmışdır. Onunla yaşayan oğlu Babək ona zəng edərək Tural, həyətlərinə su çəkidirdikləri kauçuk su borusunu təxminən 5-6 yerdən balta ilə kəsərək yararsız hala saldığını demişdir. Həmin günü o, evə gələrək Xəzər bələdiyyəsinin sədri Fətulla Muradova və Xəzər kənd İƏDÜN-ə İlham Gözəlova zəng edərək mənlumat vermişdir. Onlar gəlib onunla birlikdə hadisə yerinə baxanda, oğlu Tural onu, Bələdiyyənin sədiri Fətulla Muradovu nalayiq küçə söyüşləri ilə söyərək qovmuş və boruları yaxşı edib kəsdiyini bildirmişdir. Həmin günü oğlu Tural, arvadı Gülçöhrəni də nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxt Fətulla, oğlu Turalı idarəyə çağırıb su borusunu bərpa etməsi üçün proflaktiki söhbətlər aparmaq istəmişdir. Lakin Tural çağrışa da gəlməyərək onların başına oyun açacağını bildirmişdir. O, da X2 RPŞ-yə müraciət etməsini xahiş etmişdir. Ümumilikdə ona 100 manat maddi ziyan dəymişdir. Onun həyətinə çəkdiyi su borusunun, Turalın həyətyanı sahəsi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. O, Turalın pay torpağına köçdüyü pulu borcuna çıxdığına görə, Tural ondan acıq çıxaraq su borularını kəsərək yararsız hala salmışdır. Hadisə vaxtı oğlu Tural onu döyməsədə nalayiq küçə söyüşləri ilə söymüşdür. Hadisə Neftçala rayonu Xəzər kəndində küçədə baş vermişdir. Hadisə vaxtı onlardan başqa Xəzər bələdiyyəsinin sədri Fətulla Muradov, İƏDÜN-si İlham Gözəlov, arvadı Gülçöhrə Quliyeva və oğlu Babək də orada olmuşdur. Hazırda dəymiş ziyanı tələb edir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin sədr müavini X1 Neftçala RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Neftçala RPŞ-nın İTB-yə göndərilmişdir. Həmçinin qərarla müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 100 manatdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Şəxs əməlini ağırlaşdıran hal aşkar olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş 100 (yüz) manat ziyanın bir misli məbləğdə, yəni 100 (yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar