Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-2/2023 11.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 inzibati tənbeh vermə haqqında 29 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla bağlı ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində «tətbiq edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarla inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini» xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq qərarın qəbul edildiyi 29 yanvar 2021-ci il tarixindən şikayətin məhkəməyə daxil olduğu 09 yanvar 2023-cü il tarixinədək 02 ilə yaxın vaxt keçib. X2 öz şikayətində mübahisələndirdiyi qərarının surətini rəsmi qaydada hansı tarixdə almasını göstərməmiş, eyni zamanda həmin qərar ərizəyə əlavə olunmamışdır. Beləliklə, iş materiallarından görünür ki, X2 hazırkı iş üzrə şikayətini təqdim edərkən qanunvericiliyin yuxarıda istinad edilən müddəasında göstərilən prosessual müddəti buraxmış, həmin müddətin bərpası ilə bağlı vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması həmin şikayətə baxılmasını rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında 29 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla bağlı ərizəsi geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-2/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-2/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver