Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-20/2024 18.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxxx 1983-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 18 yanvar 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 2(012)-254/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 02 avqust 2022-ci il tarixdən başlayaraq 29 iyun 2019cu il təvəllüdlü X2 və 16 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına 26 aprel 2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanaraq bununla bağlı qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Daha sonra borclu şöbəyə dəvət edilmiş və ondan icra sənədinin icrası ilə bağlı izahat alınmışdır. Şəxs son bir ay ərzində 1.786 manat miqdarında aliment ödəyib. Tələbkarın məhkəməyə göndərdiyi teleqramda borclunun ona 2.910 manat borcunun olduğunu qeyd etməsinə səbəb isə onun borclu tərəfindən bu gün ödənilmiş 400 manat məbləğində aliment pulunu hələlik almamasıdır. Borclunun əslində bu gün üçün ödənilməmiş aliment borcu 2.510 manat təşkil edir. İcra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, imkanı çatan dərəcədə aliment ödəyir və heç vaxt uşaqlarına aliment ödəməkdən boyun qaçırmayıbdır. Belə ki, icra sənədinin verilməsi barədə məlumat aldıqdan sonra aliment ödənişinə başlamışdır. Hazırda tələbkara olan aliment borcu cəmi 2.510 manatdır. Bu borcun yaranmasına onun bir müddət işsiz qalması səbəb olubdur. Hazırda isə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur və qazancı əvvəlki aylardan fərqli olaraq normaldır. İcra sənədi üzrə aylıq ödənişi olan 386 manatdan əlavə hər ay borcundan 400 manat da ödəmək imkanın vardır. Qeyd edir ki, davamlı olaraq aylıq aliment ödənişi ilə birlikdə 400 manat məbləğdə əlavə ödəniş etməklə borcunu bağlayacaq. Son bir ayda isə tələbkara ümumilikdə 1.786 manat ödəniş edib. Əməlindən peşmandır. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək borclunun halhazırda 2.910 manat aliment borcunun olduğunu bildirib, həmin borcun tam şəkildə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-20/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-20/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver