Məhkəmə qərarları › İş №3(053)-202/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-202/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-202/2023 01.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 2000-ci il tarixdə Neftçala rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Cəngan ərazi dairəsinin Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon polis şöbəsindən daxil olmuş 01 iyun 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 31 may 2023-cü il tarixdə, saat 00:30 radələrində Şorkənd-Bankə-Şirvanlı avtomobil yolunun 6-cı kilometrliyində Neftçala rayonu, Şörkənd kəndi ərazisində Şəxs “Vaz-21063” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apararaq sola dönmək istəyən “Vaz-21063” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs isə hadisə vaxtı idarə etdiyi avtomobilə xeyli ziyan dəydiyini, özünün isə xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Neftçala RPŞ DYPB-nin Baş DAM-ın polis mayoru X1 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə ilə bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hər iki sürücünün idarə etdyi avtomobillərə ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə zamanı sərxoş olmasa da o, avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hər iki şəxs “Vətən müharibəsi” iştirakçısıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid izahat və ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmişi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar