Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-203/2025 20.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 25 yanvar 2025-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarla X8 Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 600 manat miqdarında cərimə edilmişdir. X8 həmin qərardan şikayət verib. X8 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və İXM-nin 242-ci maddəsinin tələbi pozulmamışdır. Ov etməsi barədə heç bir sübut olmadan inzibati məsuliyyətə cəlb edilmiş, barəsində əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qanunsuzdur. 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 19 aprel 2025-ci ildə rəsmi qaydada almışdır. Qoruq qaydalarını pozduğuna görə özünü təqsirli bilir. Özü heç bir yerdə işləmir. Kənd camaatına aid heyvanları otarmaqla ailəsini dolandırır. Himayəsində iki uşağı vardır. Cərimə məbləğinin azaldılmasını istəyir. Sənədlərini təqdim edir. Cərimə məbləği yüksək olduğundan hazırda cəriməni ödəyə bilmir. Odur ki, cərimə məbləğinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin nümayəndəsi X3 işin məhkəmə iclası zamanı 15 yanvar 2025-ci ildə idarəyə daxil olmuş məlumat əsasında Qızılağac qoruğunda əməkdaşlar tərəfindən reyd keçirilərkən 1 ədəd qabanın vurulduğunu aşkar etdiklərini bildirmişdir. Şikayət verən şəxs İXM-nin 242-ci maddəsilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. O, digər inzibati xəta törətmiş şəxslərlə birlikdə olmuşdur. İdarənin nümayəndəsi olaraq şikayətin qismən təmin olunmasına etiraz etmir. xx.xx.2025-ci il tarixli, 70 nömrəli arayışın surətindən görünür ki, X2 Rayon İHB-nın Tatarməhlə kənd İƏDÜN-nin Tatarməhlə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Ailəlidir, 2 övladı var, heç bir yerdə işləmir. Ailə aztəminatlı ailədir. İşdə olan Tatarməhlə kənd İƏDÜN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X8, ailəlidir, onun 2 övladı vardir. Ailə aztəminatlı ailədir. O, İƏDÜN tərəfindən müsbət xarakterizə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və nümayəndəni dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə qismən təmin olunmalıdır. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, X8 25 yanvar 2025ci ildə inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X8 barəsində tənbeh tətbiq edərkən İXM-nin yuxarıda göstərilən tələblərini, həmçinin xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, maddi vəziyyətinin yaxşı olmadığını, aztəminatlı ailə olduğunu tam nəzərə almamışdır. Məhkəmə hesab edir ki, X6 400 manat miqdarında cərimə təyin olunmaqla tənbehin qanunla müəyyən edilmiş məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 135.1.5-ci maddəsinə əsasən «tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: 25 yanvar 2025-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilərək, X6 Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə təyin edilmiş 600 (altı yüz) manat miqdarında cərimə növündə tənbeh 400 (dörd yüz) manata endirilsin. 25 yanvar 2025-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-203/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-203/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver