Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-204/2024 06.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala Rayon Prokurorluğunun müstəntiqi X2 iştirakı ilə xx xxxxxx 2002-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Prokurorluğu tərəfindən təqdim olunmuş 03 iyun 2024-cü il tarixli 24-1-2-2-441-0953-1 nömrəli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 aprel 2024-cü il tarixdə saat 22 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi «TOYOTA-PRİUS» markalı, 77BB649 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan – Neftçala magistral yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində Neftçala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla qarşı hərəkət zolağında Salyan rayonu istiqamətində hərəkətdə olan Salyan Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 sürücülük vəsiqəsi olmaqla idarə etdiyi Zərərçəkmiş şəxs5 məxsus avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan «sağ çiyin qurşağının əzilməsi», Zərərçəkmiş şəxs3 dərəcəsi təyin olunmayan «sol saidin yuxarı 1/3-nin sıyrığı» və X3 isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid «başın sağ gicgah təpə nahiyəsinin dərialtı hematoması, kəllə beyin travması, beyin silkələnməsi» xəsarətləri almış, «VAZ-21074» markalı, 90CU807 dövlət qeydiyyat nişanlı avtomobilə 3.324 manat məbləğində maddi ziyan vurulmuş, hadisədən dərhal sonra yol nəqliyyat hadisəsi yerindən yayınaraq oradan uzaqlaşmış, sonradan gizləndiyi digər avtomobildən müəyyən edilərək polis əməkdaşlarına təhvil verilmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. X1 mülkiyyətində olan «Toyota-Prius» markalı, 77BB649 dövlət qeydiyyat nişanlı avtomobili bu ilin yanvar ayından etibarnamə əsasında idarə edir. 18 aprel 2024-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində yerləşən «Kür-Xəzər» adlı restoranda spirtli içki olan pivə qəbul etmiş və yüngül sərxoşluq vəziyyətdə olmuşdur. Saat 22 radələrində Neftçala rayonuna gələn zaman Salyan – Neftçala avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində öz hərəkət yolunda hərəkətdə olarkən qarşı hərəkət istiqamətindən Salyan rayonu istiqamətində hərəkətdə olan, sonradan adının Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxsin idarə etdiyi «VAZ 2107» markalı, 90CU807 dövlət qeydiyyat nişanlı avtomobillə idarə etdiyi avtomobil toqquşmuşdur. Qəza nəticəsində Babəkin idarə etdiyi avtomobil yan tərəfi üstə aşmışdır. Qorxduğu üçün nə edəcəyini bilməyib hadisə yerindən uzaqlaşmışdır. Bir qədər sonra yolda piyada hərəkət edən zaman «Opel» markalı avtomobillə hadisə yerinə gələn atasını görmüş və həmin avtomobilə əyləşmişdir. Üst-başını təmizlədikdən sonra atası hadisə yerinə getməli olduqlarını bildirmişdir. Avtomobilin arxa hissəsində əyləşmişdir. Hadisə yerinə çatanda oradakı adamlardan kimsə onun avtomobildə olduğunu bilib, onu avtomobildən düşürmüşdür. Sonra isə yol polisi əməkdaşları ilə birlikdə Neftçala şəhərinə gəlmiş və sərxoşluğu xüsusi aparat vasitəsi ilə yoxlanılmışdır. Yoxlama zamanı 0,30 dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Həmin hadisə yerində olan zaman sonradan bilmişdir ki, avtomobildə Babəkdən başqa bir neçə nəfər şəxslər, yəni Babəkin ailə üzvləri olub. Onlar da yüngül xəsarətlər alıblar. Hadisə vaxtı özü heç bir xəsarət almayıb. Bir daha qeyd edir ki, hadisə yerindən uzaqlaşmasına səbəb üst-başının olduqca çirkli olması olubdur. Zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasına da çalışıb. Belə ki, qəzadan sonra zərərçəkmiş şəxsin avtomobilini təmir etmək məqsədilə usta apararaq sonuncunun avtomobilinə baxış keçirmişlər. Lakin zərərçəkmiş şəxs ondan yeni avtomobil alıb ona verməsini, bundan başqa 4.000 manat pul verməsini, habelə xəsarət alan ailə üzvlərinin müalicəsi ilə əlaqədar əlavə pul tələb etmişdir. Beləliklə qeyd etdiyi məsələlərdə zərərçəkmişlə razılığa gələ bilməmişlər. Əməlindən peşman olduğunu bildirr. Ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yazılı izahatlar, ekspert rəyləri və digər sənədlərlə də təsdiq olunur. 29 aprel 2024-cü il tarixli 73 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2012-ci il Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol saidin yuxarı 1/3-ni sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». 29 aprel 2024-cü il tarixli 74 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – Sağ çiyin qurşağının əzilməsi küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». 29 aprel 2024-cü il tarixli 75 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1993-cü il Zərərçəkmiş şəxs2 Əsgər qızının məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın sağ gicgah təpə nahiyəsinin dərialtı hematoması, kəllə beyin travması, beyin silkələnməsi küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». İş materialına əlavə edilmiş 19 aprel 2024-cü il tarixli 102 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs 19 aprel 2024-cü ildə tibbi müayinəsi nəticəsində onun yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qüsur aktının surətindən görünür ki, buraxılış ili 2008ci il olan «VAZ 2107» markalı, 90CU807 dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin yenilənməsi və təmiri ilə əlaqədar fiziki şəxs Babək Kərimov («AVTO TƏMİR») tərəfindən ümumilikdə 3.324 manat məbləğində pul hesablanmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 333.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin gəncliyi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 06 iyun 2024-cü il saat 18.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-204/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-204/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver