Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-205/2023 13.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2023-cü il tarixli 00100-00955/23 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) adına İran İslam Respublikasından xx.xx.2023-cü il tarixdə 65AA901 nömrə nişanlı yük avtomaşınında MH/1594 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3677 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Keşlə ŞTQ ət kombinatı ünvanında gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********3677 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövgeyində SOYUDULMUŞ ŞİRİN SU BALİĞİ (bölgə): netto çəki 700 kg göstərildiyi halda, faktiki netto çəki 1060 kg, yəni 360 kg artıq çəki , 2-ci mal mövqeyində Soyudulmuş alabalıq (farel) balığı: netto çəki 2500 kq göstərildiyi halda, faktiki netto çəki 4253 kq olduğu, yəni 1753 kq artıq, 3-cü mal mövqeyində Soyudulmuş belamur netto çəki 2000 kq, xanı balığı netto çəki 1700 kq bəyan edilib, faktiki 430 kq belomur, 363,8 kq xanı balığı və bəyan edilməmiş 272 kq krevetka, 80 kq sazan balığı, 60,3 kq som (naqqa) balığı, 15 kq asetrin balığı aşkar edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük bəyannaməsində qeyd edilməyərək gömrük organına düzgün bəyan edilməyən 360 kq soyudulmuş şirin su balığı (bölgə), 1753 kq soyudulmuş alabalıq (farel) balığı, şirkət tərəfindən bəyan edilən, lakin 65AA901 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən 1570 kq soyudulmuş belamur və 1336,2 kq soyudulmuş xanı balığı və gömrük orqanına bəyan edilməyən 272 kq krevetka, 80 kq sazan balığı, 60,3 kq soyudulmuş som (naqqa) balığı, 15 kq asetrin balığı yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/004034 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2938 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş **********3677 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində qeyd edilməyərək gömrük orqanına düzgün bəyan edilməyən 360 kq soyudulmuş şirin su balığı (bölgə), 1753 kq soyudulmuş alabalıq (farel) balığı məhsullarının xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti 21749,90 manat, həmin bəyannamədə bəyan edilən, 65AA901 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən 1570 kq soyudulmuş belamur və 1336,2 kq soyudulmuş xanı balığı məhsullarının isə xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti 16334,80 manat, gömrük orqanına bəyan edilməyən 272 kq krevetka, 80 kq sazan balığı, 60,3 kq soyudulmuş som (naqqa) balığı, 15 kq asetrin balığı məhsullarının isə xx.xx.2023cü il tarixə ümumilikdə orta bazar qiyməti 3716,5 manat müəyyən edilir. Həmin balıq məhsullarının ayrı-ayrılıqda adları və qiymətləri 9/2938 nömrəli ekspert rəyinin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Araşdırma zərurəti ilə əlaqədar yuxarıda göstərilənlərə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2938 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən **********3677 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində qeyd edilməyərək gömrük orqanına düzgün bəyan edilməyən balıq məhsullarının orta bazar qiyməti 21749,90 manat, şirkət bəyan edilən, lakin 65AA901 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən balıq məhsullarının orta bazar qiyməti 16334,80 manat olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təgdirdə əlavə ödənişin yaranıb-yaranmadığı müsbət halda əlavə gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/013148 nömrəli xx.xx.2023-cü il tarixli raportla Gömrük Əməliyyatları İdarəsinə müraciət olunmuş, daxil olmuş 34/012/013973 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/2938 nömrəli xx.xx.2023-ci il tarixli ekspert rəyinə əsasən "xxxx" tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim olunan **********3677 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində bəyan edilməmiş mallara dair əlavə ödəniləcək gömrük ödənişləri ƏDV 1019 AZN müəyyən edilmişdir. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş və orta bazar qiyməti 21749,90 manat kimi qiymətləndirilmiş 360 kq bölgə və 1753 kq farel balığı yükünün gömrük orqanına düzgün bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş və orta bazar qiyməti 3716 manat kimi qiymətləndirilmiş 272 kq krevetka, 80 kq sazan balığı, 60,3 kq soyudulmuş som (naqqa) balığı, 15 kq asetrin balığı yükünün gömrük orqanına bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixli 9/2938 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda soyudulmuş balıq məhsulunun ümumilikdə xx.xx.2023-cü il tarixə (mövsümdən və ölçülərindən aslı olaraq) orta bazar topdansatış qiyməti təxminən 41801,20 manat müəyyən edilir. Həmin balıq məhsulunun ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir». İş materialları ilə "xxxx" MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən “Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər”. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüqüqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: «zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən» ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur». Eyni Məcəllənin 55.3-cü maddəsinə əsasən «İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir». İş materiallarında olan «ekspertiza xərclərinə dair» bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.5 Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi, yəni 10.186 (on min yüz səksən altı) manat 36 (otuz altı) qəpik məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" MMCdən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-205/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-205/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver