Məhkəmə qərarları › İş №3(053)-211/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-211/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-211/2025 16.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin nümayəndəsi X3 iştirakı ilə, Neftçala Rayon DYPB-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 29 aprel 2025ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi 29 aprel 2025-ci ildə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin vəzifəli şəxsin 29 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X6 həmin qərardan şikayət vermişdir. X6 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Salyan-Neftçala yolunun 25-ci kilometrliyində hərəkət edərkən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmiş və buna dair xx.xx.2025ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 100 (yüz) manat inzibati cərimə inzibati tənbehi tətbiq olunmuş və istinad olunan inzibati xətanın obyektiv cəhətini əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edilməsi təşkil etmişdir. Qeyd edir ki, iş üzrə səlahiyyətli orqanın vəzifəli şəxsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, istifadəsində olan nəqliyyat vasitəsi Neftçala-Salyan yolunun 25-ci kilometrliyində hərəkətdə olarkən bitişik ərazidən əsas yola çıxmaq istəyən “VAZ 21061” minik markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, hərəkətdə olduğu yol xəttinə manevr edərək yolun tam hissəsini tutmuş, nəticədə yaranmış qəza şəraitindən yayınmaq niyyəti ilə nəqliyyat vasitəsi tərəfindən sağa hərəkət etdirilərək torpaq yola çıxarılmışdır. Bu zaman hava yağışlı olduğundan torpaq sahəsinin ot örtüyü nəqliyyat vasitəsinin normal idarəetmə imkanını məhdudlaşdırmış, yekunda nəqliyyat vasitəsi sürüşərək əvvəlcə yolun əks istiqamətinə, oradan isə yola bitişik torpaq əraziyə düşmüşdür. İşin yuxarıda göstərilən faktiki halları ilə bağlı hesab edir ki, nəqliyyat vasitəsinin yolun əks istiqamətinə çıxarılması son zərurətlə əlaqədar olmaqdan əlavə, yol 1.5 üfüqi nişanlanma xətti ilə nişanlandığından xəttin istənilən tərəfdən kəsilib keçilməsi qanuni olmuşdur. Şikayətində qeyd etdiyi əsaslarla hesab edir ki, barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir. Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin vəzifəli şəxsi X7 bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin sürücüləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Həmin qərarlarla X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci, X8 isə 327.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətdiklərinə görə barələrində cərimə tənbeh növü tətbiq edilmişdir. X1 inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin olunmamasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin vəzifəli şəxsi X5 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 29 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddəsi ilə təqsirli bilərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 29 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Neftçala Rayon Polis Şöbəsi DYPB-nin nümayəndəsi X3 təqdim etdiyi 29 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 29 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın “Hyundaı Santa FE” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş verdiyinin sübuta yetirilməsi üçün kifayət edə biləcək sübutlar toplanmayıb. İşin məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış şəxs X6 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmişdir. Təqdim olunmuş disk sübut növü kimi qəbul edilmiş, baxış zamanı “Hyundaı Santa FE” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün son zərurət vəziyyətində, özünün və ya başqa şəxsin həyatını, sağlamlığını, cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkəti, həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmağın mümkün olmadığını hesab etdiyindən baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Həmin Məcəllənin 19.1 və 19.2-ci maddələrinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur”, “Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2 və 53.1.3-cü maddələrinə əsasən «inzibati xəta tərkibi olmadıqda», «şəxs son zərurət vəziyyətində hərəkət etdikdə» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 134 – 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin olunsun. Neftçala Rayon Bolis Şöbəsi DYPB-nin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 29 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və işin icraatına xitam verilsin. Hazırkı qərarın surəti Neftçala Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar