Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-215/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Neftçala rayonu, Mürsəqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 12 iyun 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş 18 fevral 2021-ci il tarixli, 2(011)-637/2021 nömrəli icra vərəqəsinə əsasən –06 oktyabr 2020-ci il tarixdən başlayaraq 09 noyabr 2007-ci il tarixdə anadan olmuş X3 və 30 mart 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü cavabdeh Şəxs hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X6 xeyrinə ödənilməli, Neftçala Rayon Məhkəməsi tərəfindən 01 dekabr 2023-cü il tarixdə verilmiş 09 oktyabr 2023-cü il tarixli, e-2(053)-871/2023 nömrəli icra vərəqəsinə əsasən – Zərərçəkmiş şəxs Şəxs qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)- 637/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərərək, 09 noyabr 2007-ci il təvəllüdlü X3 və 30 mart 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılmış və sabit pul məbləğində tutulmaqla hər ay hər uşaq üçün 190 manat məbləğində müəyyən edilmiş, alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmış, Şəxs 65,60 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, hər iki icra sənədi üzrə hal-hazırda ümumilikdə 7.430 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda hər iki icra sənədi üzrə Şəxs 7.430 (yeddi min dörd yüz otuz) manat məbləğində aliment borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini avtoqəza keçirtdiyi və bir müddət müalicə alması ilə izah edir. O, hazırda aliment borcundan cəmi 500 manat ödəniş edə biləcəyini qeyd edərək, Bakı şəhəri, Dərnəgül ərazisində yerləşən taxta bazarında fəhlə işlədiyini bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 12 iyun 2024-cü il tarixindən, saat 17:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-215/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-215/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver