Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-216/2024 05.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1976-cı il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş, 17 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 16 iyun 2024-cü il tarixdə, saat 17:15-da Şəxs mal-qaranı yolun hərəkət hissəsinə nəzarətsiz buraxmış, nəticədə bir baş inək Zərərçəkmiş şəxs idarə etdiyi “Hunday” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat verərək Neftçala rayonu, Xıllı qəsəbə sakinlərinin 25 ədəd iri buynzlu heyvanlarını örüşdən qaytardığını, özünə məxsus 1 baş inəyin yolda “Hunday” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq yaralandığını, təqribən 30 dəqiqə sonra inəyin hadisə yerində öldüyünü qeyd etmişdir. Habelə qeyd etmişdir ki, o, yaşadığı kənddə növbə ilə kənd sakinlərinə məxsus heyvanların otarılmasını həyata keçirir. Hadisənin baş verdiyi yerdən otardığı heyvanların Neftçala-Salyan avtomobil yolunun asfalt örtüyündən keçirməklə hər zaman istifadə edib. Çünki kəndə gəlmək üçün ancaq həmin yoldan istifadə edilə bilər. Həmçinin qeyd edir ki, həmin yolda mal-qaranın olması nişanı da mövcudur. Habelə etiraf edir ki, 25 baş heyvanı otlaqdan kəndə apararkən heyvanların arxası ilə gəlmiş və qarşıdakı heyvanlar nəzarətsiz qalmış və onlardan biri digər heyvanlardan təxminən 20-25 metr aralanaraq avtomobil yoluna çıxmış, o isə bunu görməmiş və məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı ona verilən suala cavab olaraq səmimi etiraf edir ki, əgər o, heyvanlara lazımi qaydada nəzarət etsəydi məlum hadisə baş verməzdi. İnzibati xətaya görə özünü qismən təqsirli hesab edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 16 iyun 2024-cü il tarixdə, saat 17:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Hunday” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan- Neftçala yolunun, Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində, Neftçala rayonu, Astanlı kəndin istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə “Mercedes” markalı nömrəsini bilmədiyi minik avtomobilinin arxasından qəflətən sahibsiz inək yolun hərəkət hissəsinə çıxmiş və bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilə ziyan dəymişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı işdə iştirak edən şəxsin izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin heyvanları nəzarətsiz qoyması nəticəsində hadisənin baş verməsinə səbəb olması əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Quliyev Düzdür: Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-216/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-216/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver