Məhkəmə qərarları › İş №3(053)-219/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-219/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-219/2024 04.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Neftçala rayon DYPŞ-nin vəzifəli şəxsinin 09 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala rayon DYPŞ-nin vəzifəli şəxsi – YPX inspektoru X2 09 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat miqdarında cərimə edilmişdir. Həmin qərar 09 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Qeyd edilən qərardan müəyyən olunur ki, 09 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən X3 09 iyun 2024-cü il tarixdə, saat 21.52-də «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Heydər Əliyev prospekti 55 ilə hərəkət edərkən 1.1, 1.3. və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərkən, o cümlədən bildirmişdir ki, «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. 09 iyun 2024-cü il tarixdə, saat 21.52 radələrində həmin avtomobillə ara küçədən Neftçala rayonu, Heydər Əliyev prospekti 55 ünvanına çıxmaq istəyərkən qaydalara uyğun hərəkət etmiş və dönmə işığını sağ istiqamətə yandıraraq yola çıxmış və müəyyən edilmiş yerdən geriyə dönüş edərək hərəkətə davam etmişdir. Bu üzdən də barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala rayon DYPŞ-nin inspektoru X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, X3 09 iyun 2024-cü il tarixdə, saat 21.52-də «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçədən Neftçala rayonu, Heydər Əliyev prospektinə 55 ünvanına çıxaraq hərəkət edərkən 1.1, 1.3. və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək dönmə qaydalarını pozmuşdur. Bu zaman o, xidmətdə olduğunu, DYP-nin xidməti avtomobili ilə onun arxasınca gəldiyini və şəxsən baş verən pozuntunu izlədiyini bildirmişdir. Habelə sürücü X1 yol verdiyi pozuntu da idarə etdiyi DYP-nin xidməti avtomobilində quraşdırılmış videoçəkilişdə də öz əksini tapır. Xahiş edir ki, həmin çəkilişə baxış keçirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 məhkəmə tərəfindən həmin videoçəkilişə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin iştirakı ilə qeyd olunan çəkilişə baxış keçirmişdir. Videoçəkiliş ümumilikdə 1 dəqiqə 12 saniyə davam edir. Videoçəkilişə baxış keçirilərkən müəyyən olunur ki, həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 09 iyun 2024-cü il tarixdə, saat 21.52-də «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçədən Neftçala rayonu, Heydər Əliyev prospektinə 55 ünvanına çıxaraq sağ istiqamətə dönüb hərəkət etməli olduğu halda sola dönmə işığını yandıraraq 1.1, 1.3. və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək düz istiqamətdə hərəkətə davam etmiş və bununla da müəyyən edilmiş qaydaları pozmuşdur. Qeyd olunan videoçəkilişə baxdıqdan sonra X3 həmin avtomobilin nömrəsinin tam görünmədiyini və ona məxsus avtomobildən rayonda çox olduğunu iddia etmiş və həmin qayda pozuntusuna yol vermiş avtomobilin ona məxsus olmasına şübhə etdiyini bildirmşidir. Bundan sonra videoçəkilişə təkrar baxış keçirilmiş və avtomobilin dövlət qeydiyyat nişanı hissəsi ekranda böyüdülmüş formada təqdim edilmiş və bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 həqiqətən də yuxarıda qeyd olunan qaydaları pozduğunu etiraf etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Belə ki, hazırkı iş üzrə əhəmiyyət kəsb edən bir sıra halların aydınlaşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 onun barəsində tərtib edilmiş 09 iyun 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın qanunsuz olaraq tərtib edildiyini iddia etsə də məhkəmə baxışı zamanı həmin hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxdıqdan sonra həqiqətən də pozuntuya yol verdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 09 iyun 2024-cü il tarixdə, saat 21.52-də «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması halını etiraf etməsi və iş materiallarına əlavə edilmiş pozuntunu özündə əks etdirən videoçəkiliş iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 09 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibinin olması, habelə onun həmin maddə ilə təqsirli bilinib 80 manat miqdarında cərimə edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Neftçala rayon DYPŞ-nin vəzifəli şəxsi – YPX inspektoru X2 09 iyun 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar