Məhkəmə qərarları › İş №3(053)-225/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-225/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-225/2025 14.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə 19 avqust 2000-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müharibə iştirakçısı, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 may 2025-ci il tarixində, saat 23:45-də alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhəri, S.Vurğun küçəsində ünvanlı və ünvasız söyüşlər söyərək ictimai qaydanı və asayişi pozmaqla, onu nizam intizama dəvət edən polis əməkdaşlarına əhəmiyyət verməyib, nalayiq hərəkətlərini davam etdirərərk xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır. 14 may 2025-ci il tarixdə, gecə saatlarında polis əməkdaşları tərəfindən Neftçala Rayon Polis Şöbəsinə gətirilməyinin səbəbi 13 may 2025-ci il tarixdə qardaşı ilə birgə qonşuları Hüseynağanın maşını ilə Lənkəran şəhərinə ad gününə getmiş, orada o, çox miqdarda spirtli içki qəbul etmişdir. Oradan qayıdanda da yol gələrkən maşında pivə içdiyi üçün sərxoş olmuşdur. Ona görə də 14 may 2025-ci il tarixdə gecə saatlarında Neftçala Rayon Polis X8 Polisi əməkdaşı Səmədağa ilə aralarında nə üçün mübahisə yaranması dəqiq yadında deyil. Buna baxmayaraq hərəkətlərinə görə peşmandır. Söz verir ki, gələcəkdə bu cür qanunsuz hərəkətlərə yol verməyəycəkdir. İşin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin DYPB-nin əməkdaşı X2 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:45-də Neftçala RPS-nin DYPB-nin inspektoru polis baş serjantı Coşqun Səlimovla birlikdə Neftçala şəhər ərazisində xidmətdə olarkən, Neftçala şəhər Mərkəzi Xəstəxanasının qarşısından Salyan rayonu istiqamətində hərəkətdə olan “VAZ 21015” markalı avtomobilin uzaqvuran işıqdan istifadə etməsinə görə saxla işarəsi göstərilməsi ilə əlaqədar saxlanlıqdan sonra buraxılan sürücünün yanında sərnişin kimi əyləşən Neftçala şəhəri, M.Əsədov küçəsində yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şəxs səbəb olmadan avtomobildən aşağı düşüb, xidmətdə olan polisin şərəf və ləyaqətini alçaldan sözlərdən istifadə etmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərin davat etdirmiş, buna görə də 14 may 2025-ci il tarixdə, saat: 00:10-da Neftçala RPS-yə dəvət olunmuşdur. İşin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin DYPB-nin əməkdaşı X6 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, ailəsilə birlikdə Neftçala şəhərində yuxarıda göstərdiyi ünvanda yaşayır. Qonşusu olan Şəxs və onun ailə üzvlərini çoxdan tanıyır. 13 may 2025-ci il tarixdə İdrakla qardaşı Əzizağa ondan xahiş etmişlər ki, öz maşını ilə onları Lənkəran şəhəinə ad gününə aparıb gətirsin. O da razılaşmış və saat 16 radələrində buradan Lənkəran şəhərinə çıxıb, saat 20 radələrində Lənkəran şəhərinə çatmışdır. İdrakla qardaşı Əzizağa ad günündə iştirak etsələr də o, maşınında onları gözləmişdir. Saat 22 radələrində onlar ad günündən çıxmış və onun maşını ilə qayıdıb, saat 12 radələrində Neftçala şəhərinə çatmışlar. Neftçala şəhəri, S.Vurğun küçəsi ilə üzü Salyan rayonu istiqamətində hərəkətdə olarkən DYP maşını ona saxla işarəsi verdiyi üçün o, maşınını saxlamışdır. Adını Səmədağa kimi bildiyi yol patrul əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək işıqlandırılmış yolda uzaq vuran işıqdan istifadə etdiyini ona irad tutub barəsində protokol yazacağını bildirmişdir. O, ona heç bir etiraz etməsə də, həmin vaxt maşında olan İdrak maşından düşüb Səmədağa və adını Coşqun bildiyi digər yol patrul əməkdaşına kobudcasına irad tutmuşdur ki, onları nə üçün saxlayıblar. Həmin vaxt İdrak sərxoş olmuş və əynindəki qara rəngli uzunqol köynəyin yaxası açıq olmuşdur. Səmədağa ona bildirmişdir ki, “cavan oğlansan, bu hal sənə yaraşmır, üst başını qaydasına qoy”. Bundan sonra İdrak əsəbləşərək söyüş söyməyə başladığı üçün onların arasında mübahisə yaranmışdır. O və yanlarında olan qardaşı Əzizağa İdrakı sakitləşirməyə çalışsalar da o, sakitləşməmişdir. Ona görə də polis əməkdaşları onu Neftçla Rayon Polis Şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı və şahid ifadələri ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmiş, bu hərəkətləri ilə Neftçala RPŞ-nin DYPB-nin əməkdaşının normal iş rejimini müəyyən müddət ərzində pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, habelə Vətən Müharibəsi iştirakçısı olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Onun hadisə zamanı sərxoş vəziyyətdə olması isə iş üzrə məsuliyyəti ağırlaşdıran haldir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə təyin olunmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 14 may 2025-ci il, saat 00:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar