Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-226/2024 08.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə 15 avqust 1979-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala şəhəri, İman Baxış küçəsi, ev 143-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 07 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs 17 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edildiyinə baxmayaraq, 07 iyul 2024-cü ildə, saat 20:41-də «Tofaş Şahin» minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, hadisə günü üç ədəd pivə bokalı ilə spirtli içki içdiyini və avtomobili faktiki olaraq təhlükəsizlik kəməri taxmadan idarə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda göstərilənlərlə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 07 iyul 2024-cü il tarixli, 231 nömrəli tibbi müayinə protokolu ilə təsdiq olunur. Həmin protokoldan görünür ki, Şəxs 07 iyul 2024-cü ildə tibbi müayinəsi nəticəsində onun orta dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs əməlindən peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənləri, o cümlədən xətanın xarakterini (məhkəmə onu da vurğulayır ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətində etibarnamə əsasında minik markalı avtomobili idarə etmişdir), inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla o, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-226/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-226/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver