Məhkəmə qərarları › İş №3(053)-226/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-226/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-226/2025 30.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, xx xxxx 1993-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Vətən müharibəsi iştirakçısı” işləməyən, Neftçala şəhəri, məhəllə 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon Məhkəməsindən daxil olmuş 05 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 05 aprel 2025-ci il tarixdə saat 14:29-da Şəxs “VAZ 21054” Minik markalı 20DT783 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulan (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 05 aprel 2025-ci il tarixdə saat “VAZ 21015” minik markalı 20DT783 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Ələt-Astara yolunun 143-cü klometrliyində Masallı postunun qarşısında yol polis əməkdaşı ona saxla işarəsi vermiş, o avtomobilini saxlamış, polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra onu narkotik sərxoşlula bağlı həkim müayinəsinə dəvət etmişdir. O, səmimi olaraq narkotik maddə olan marixuana istifadə etdiyini və buna görə də çox peşiman olduğunu bildirmişdir. Sonra yol polisi ilə həkim müayinəsinə getmiş, müayinə öz gözü qarşısında analizlər götürülməklə narkoloq həkim tərəfindən tam şəffaf formada aparılmışdır. Müayinənin nəticəsi zamanı analizindən narkotik maddə olan marixuana və metanfetamen istifadə etməsi aşkar olunmuşdur. Müayinə ilə tam razıdır. Narkotik vasitələrdən istifadə edib avtomaşın sürdüyü üçün çox peşimandır. Müharibə iştirakçısı olduğu üçün psixotrop dərmanlarla müalicə alır. Hazırda Neftçala RMX-da daxili mühafizədə işləyir. Həmçinin qeyd edir ki, həmin maddə ilə ona cərimə cəzası tətbiq olunarsa maddi vəziyyəti olduqca çətinləşər. Bu səbədən sürücülük hüququnun məhdudlaşdırılması növündə ona cəza təyin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı öz ifadəsi yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materiallarına əlavə edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 aprel 2025-ci il tarixli aktla müəyyən olunur ki, Şəxs aparılan laborator narkoloji müayinə nəticəsində onun sidiyində THC (həşiş, marexuana) müsbət olduğu müəyyən edilmişdir. İşdə olan vəsiqələrin surətindən görünür ki, Şəxs “Vətən müharibəsi iştirakçısı” dır. İsə əlavə olunmuş vasatətdən görünür ki, Hacıyev X1 Rayon Məhkəməsinə inzibati xəta haqqında materialın aidiyyatı üzrə Neftçala Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermişdir. Masallı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati material aidiyyati üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması, müharibə iştirakçısı olması, həmçinin psixi xəstəlikdən əziyyət çəkməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar