Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-227/2024 09.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarının və cərimənin ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat məbləğində inzibati cərimə edilmişdir. X4 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığını nəzərə alaraq inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 3(004)- 3263/2024 saylı qərardadı ilə X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti baxılması üçün aidiyyatı üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət vermiş X1 Rayon Məhkəməsinə göndərdiyi 08 iyul 2024-cü il tarixli vəsatətində (məlumat) Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini, özünün Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığını və şikayət ərizəsinin “Xahiş edirəm” hissəsində işə həmin ərazidə baxılmasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən xahiş etdiyini, lakin Yasamal Rayon Məhkəməsi hakiminin həmin xahişini nəzərə almadan səhvən onun şikayətini baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərdiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, Neftçala Rayon Məhkəməsində keçiriləcək iclaslarda iştirak edə bilməyəcək. Bu səbəbdən onun şikayətinin baxılması üçün yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş X2 vəsatətini (məlumat) və iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı və X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən “səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən “şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayətçinin inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatəti olduğuna və Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığına və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə şikayətçi X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Ona görə və Azərbaycan Respublikası İXM-nin 114.3, 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-227/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-227/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver