Məhkəmə qərarları › İş №3(053)-228/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-228/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-228/2025 19.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) X3, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Neftçala rayonu, Mürsəqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 16 may 2025-ci il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş 18 fevral 2021-ci il tarixli, 2(011)- 637/2021 nömrəli icra vərəqəsinə əsasən – 06 oktyabr 2020-ci il tarixdən başlayaraq 09 noyabr 2007-ci il tarixdə anadan olmuş X4 və 30 mart 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü cavabdeh Şəxs hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 xeyrinə ödənilməli, Neftçala Rayon Məhkəməsi tərəfindən 01 dekabr 2023-cü il tarixdə verilmiş 09 oktyabr 2023-cü il tarixli, e-2(053)-871/2023 nömrəli icra vərəqəsinə əsasən – Zərərçəkmiş şəxs2 Şəxs qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-637/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərərək, 09 noyabr 2007-ci il təvəllüdlü X4 və 30 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılmış və sabit pul məbləğində tutulmaqla hər ay hər uşaq üçün 190 manat məbləğində müəyyən edilmiş, alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmış, Şəxs 65,60 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bundan başqa Neftçala Rayon Məhkəməsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş, eyni tarixli 2(053)-32/2025 nömrəli icra vərəqəsinə əsasən – 10 sentyabr 2024-cü il tarixdən başlayaraq 18 oktyabr 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənova (nikah bağlanmazdan əvvəl-Əhmədova) Fəridə Fazil qızının xeyrinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, icra sənədləri üzrə hal-hazırda ümumilikdə 10.560 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda ilk iki icra sənədi üzrə Şəxs 9.500 manat, sonuncu icra vərəqəsi üzrə 1.060 manat məbləğində aliment borcu vardır. Borclu icra sənədini könüllü olaraq icra etmədiyinə görə ona yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və rəsmi poçt ünvanına göndərilmişdir. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 12 iyun 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmiş, lakin borclu qərarların icrasından yenə də yayınmışdır. 01 aprel 2025-ci il tarixdə (icraatın birləşdirilməsi haqqında) qərar qəbul edilmişdir. Hazırda Şəxs 03 (üç) icra sənədi üzrə 10.560 (on min beş yüz altmış) manat borcu yaranmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, hər üç icra sənədi üzrə borclu olduğu məbləği ödəməkdən imtina etmir. Bildirir ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, halhazırda heç bir yerdə işləmədiyindən və maddi çətinliklərinə görə borcundan heç bir ödəniş edə bilməmişdir. Habelə qeyd edir ki, Zərərçəkmiş şəxs2 bir il əvvəl birdəfəyə 1.500 manat aliment borcundan ödəniş etmişdir. Son bir il ərzində isə ona aliment borcundan ödəniş etməmişdir. Hazırda Zərərçəkmiş şəxs2 9500 manat, Həsənova (Əhmədova) Fəridə Fazil qızına 1060 manat borcu vardır. Habelə qeyd edir ki, Həsənova (Əhmədova) Fəridə Fazil qızına hər ay 100 manat aliment pulu ödəyir. Bundan artıq ödəməyə maddi imkanı çatmlr. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini və cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) X9 məhkəmə iclası zamanı borclunun 1.060 manat borcundan ödəniş etmədiyini, hər dəfə müxtəlif bəhanələr gətirdiyini bildirmişdir. Borclu borcunu ödəmədiyi halda barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir, maddi durumu ağır olduğundan borc məbləğlərini hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128– 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 19 may 2025-ci il tarixindən, saat 17:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar