Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-229/2024 08.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 08 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21 may 2024-cü il tarixdə, saat 20 radələrində Neftçala rayonu, Kürkənd kəndində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı X1 söyüş söyüb təhqir etməklə, ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu 1-ci Mayak kəndində ailəsi ilə birlikdə yaşayır. Bacısı Aytənin qonşuları X4 tanıyır. Arzu Kürkənd kəndində bacısı Aytən və onun ailəsi ilə əvvəlldən münaqişəli olmuşdur. Arzunun əri Əskərin ölməsində, Arzu kürəkəni Tərlanı günahkar bilərək şikayət etdiyinə görə, Tərlanı 21 may 2024-cü il tarixdə Neftçala Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs etmişlər. Həmin tarixdə Aytən Neftçala RPŞ-dən qayıdandan sonra, evdə bacısı qızı Fatimə onlara Arzunun küçədə qarşısını kəsərək döyməklə hədələməsini bildirmişdir. Bacısı Aytən küçəyə çıxaraq, Arzudan Fatimənin qarşısını nə səbəbə kəsdiyini soruşmuşdur. Bu vaxt uzaqdan- uzağa aralarında mübahisə yaranmışdır. Fatimənin mübahisə edərək onlara tərəf getdiyini görüb onu geri qaytarmaq üçün Arzunun yaşadığı evə tərəf getmişdir. Bu zaman Arzunun qızı Səmirənin telefonun kamerası ilə onları çəkdiyini görmüş, onlara yaxınlaşanda əsəblərini saxlaya bilməyib Səmirənin ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə Kürkənd kəndində küçədə baş vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X5 verdiyi izahatında Şəxs bağışladığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı özünün və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs əməlindən səmimi peşman olması, himayəsində iki azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Şəxs əməlini ağırlaşdıran hal aşkar olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-229/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-229/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver