Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-23/2023 09.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Məmmədova Sədaqət Səadət qızının katibliyi, Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X2 iştirakı ilə xx xxxxxxxx 1980-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Neftçala rayonu, 1-ci Mayak kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Neftçala rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs 05 yanvar 2023-cü il tarixdə Neftçala rayonu 2-ci Mayak kəndinin ərazisində Xəzər dənizinin akvatoriyasından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazə lisenziyası olmadan özünə məxsus olan kapron tor vasitəsilə 2 (iki) ədəd axçalı sıf, 4 (dörd) ədəd axçalı külmə və 2 (iki) ədəd axçalı çapaq balıqlarını qanunsuz ovlayıb, təbiətə ümumilikdə 132 (yüz otuz iki) manat ziyan vurmaqla Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən HK-1/17 nömrəli material üzrə qəbul edilmiş 17 yanvar 2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X1 rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən HK-1/17 nömrəli material üzrə qəbul edilmiş 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunaraq 2000 (iki min) manat cərimə olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Neftçala rayonu,1-ci Mayak kəndində ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmədiyi üçün ailənin təminatını ödəmək və çörək pulu əldə etmək məqsədilə yaşadığı evin yaxınlığında olan Xəzər dənizinə gedərək dairəvi səbət adlanan kapron tor atıb balıq ovlayaraq ovladığı axçalı balıqları evinə gətirib qida məhsulu kimi istifadə edir. 05 yanvar 2023-cü il tarixdə həmkəndlisi, həmdə şəriki olan X3 ilə birlikdə Xəzər dənizinin sahilindən təxminən 100 metr məsafədə suya balıq ovlamaq üçün atdıqları səbətləri əyinlərində olan sukeçirməz geyimlə piyada gedərək yoxlamışlar. Həmin vaxt səbətlərə 2 ədəd sıf balığı, 4 ədəd bobla balığı və 4 ədəd isə çapaq balığı düşdüyünü görüb, balıqları əllərindəki sintetik torpaya yığaraq sahilə çıxdıqda, polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək sintetik torbada nə olduğunu soruşduqda, onlara tor və axçalı balıq olduğunu bildirmişlər. Polis əməkdaşları onlardan baliq ovu ilə məşğul olmaq üçün balıq ovlama biletlərinin olub-olmadığını soruşduqda polis əməkdaşlarına balıq ovu üçün hər hansı icazə biletlərinin olmadığını bildirmişlər. Bundan sonra icazə biletləri olmadığı üçün ovladıqları balıqlarla və 3 ədəd səbətlə birlikdə polis əməkdaşları tərəfindən Neftçala rayon polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsinin inzibati binasının həyətində RPŞ-nin TQ-nun baş təhqiqatçı hal şahidlərinin və onların iştirakı ilə balıqları sayıb balıqların və səbətlərin fotoşəklini çəkib, protokol tortib etmişlər. O və Rövşən birlikdə həmin protokola imza etmişlər. Ailəsinin dolanışığını təmin etmək üçün bu xətanı törətmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. İşdə olan, Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən HK-1/17 nömrəli material üzrə qəbul edilmiş 17 yanvar 2023-ci il tarixli inzibati xətalara dair işlər üzrə icraata başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qərar və material baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/17 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən X4 və Şəxs haqqında cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Neftçala rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşdə olan Neftçala RPŞ-nin 05 yanvar 2023-ci il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, Neftçala rayonu, 1-ci Mayak kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, o, 8 ədəd axçalı balıq növünə aid balıqları tutduğunu bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsindən ötrü Neftçala rayon polis şöbəsinə gətirilmişdir. İşdə olan 06 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, səkkiz ədəd axçalı balıqların ovlanması qadağan deyildir. Bu balıqların ovlanması nəticəsində təbiətə ümumilikdə 132 (yüz otuz iki) manat ziyan vurmuşdur. İşdə olan 06 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iki ədəd sıf, 4 ədəd bobla və iki ədəd çapaq balıqları qida məhsulu kimi istifadəyə və satışa tam yararsız olduğundan Neftçala rayonu ərazisinin zibil tullantıları poliqonunda dərin dərə qazılıb basdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən “ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır”. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov tərəfindən HK-1/17 nömrəli material üzrə qəbul edilmiş, 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və Neftçala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 izahatı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edib, səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-23/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-23/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver