Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-231/2024 25.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1961-ci il tarixdə Neftçala rayonu, Kürqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş, 28 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 28 iyun 2024-cü il tarixdə, saat 21:00-da Şəxs özünə məxsus mal-qaranı yolun hərəkət hissəsinə nəzarətsiz buraxmış, nəticədə iki baş inək Zərərçəkmiş şəxs idarə etdiyi “Lada 21214” markalı, **-EB- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat verərək törətdiyi inzibati xətaya görə peşman olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə, saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Lada 21214” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala- Salyan avtomobil yolunun Neftçala rayonu, Kürqarabucaq kəndi ərazisində Salyan istiqamətində hərəkətdə olan zaman qəflətən yolun sağ kənarından sahibsiz iki baş inək yolun hərəkət hissəsinə çıxmış və iki baş inəyi vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin idarə etdiyi avtomaşına ziyan dəymişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı işdə iştirak edən şəxsin izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-231/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-231/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver