Məhkəmə qərarları › İş №3(053)-24/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-24/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-24/2024 20.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Neftçala şəhəri, Sabir küçəsi, ev 285B ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 30 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 30 yanvar 2024-cü il tarixli, 13000-00151/24 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanına Çin Xalq Respublikasında yerləşən “X3 Equipment” şirkəti tərəfindən 94314994 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən “Əks klapanlar” adlı yük xx.xx.2024-cü il tarixdə, saat 21:47-də “Beynəlxalq Dəniz Ticarət Limanı”gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şəbəsindən daxil olmuş 3-33-/012/000050 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasında yerləşən “X3 Equipment” şirkəti tərəfindən göndərilən mallar 03 yanvar 2024-cü il tarixində, **********418 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. İşdə olan “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi və sənədlərin materiala əlavə edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində 03 yanvar 2024-cü il tarixində, **********418 sorğu nömrəli gömrük bayannaməsi ilə bəyan edilmiş mallar xx.xx.2024-cü il tarixdə, saat 21:47-də “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Salmanov Talehə məxsus +994 77 277-54-93 telefon nömrəsi ilə əlaqə yaradılmış və izahat verilməsi zərurəti yarandığı üçün Təhqiqat Şöbəsinə gəlməsi bildirilmişdir. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şirkətin nümayəndəsinin xəstə olduğunu, özünün isə "xxxx" MMCnin digər işləri ilə məşğul olduğunu qeyd etmişdir. Belə olan halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir». Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar