Məhkəmə qərarları › İş №3(053)-249/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-249/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-249/2023 14.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinın direktoru X6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" ASC-nın direktoru X9 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat miqdarında cərimə edilmişdir. X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" ASCnın direktoru X2 Rayon Məhkəməsinə şikayət ərizəsi vermişdir. Salyan Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmə iclası 19 iyun 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmənin 3(053)-508/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət aidiyyatı üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. 24 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar X21 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən 25 aprel 2023-cü il tarixdə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" ASC-nın direktoru X9 Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin tələbini pozaraq vəfat edən işçi “Şəlalə Səmədovanın” vərəsələrinə müavinət ödənilərkən qanunsuz tutulmalar aparmış, bununla da Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X9 bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vergi ödəyicisi kimi uçota alınmış və kənd təsərrüfatı yönümlü müəssisə olaraq quş ətinin istehsalı ilə məşğuldur. Cəmiyyətin işçisi mərhum X16 2022-ci ilin iyun ayının ortalarından işə gəlməmiş və müəyyən müddət gəlməməsinin səbəbi barədə müəssisəyə məlumat verilməsə də, sonradan tərəflərindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, o, vəfat etmişdir. X1 ölüm fakti müvafiq qurumla dəqiqləşdirildikdən sonra xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Həmin dövrdə özünü onun həyat yoldaşı kimi təqdim edən X14 dəfələrlə mərhumun ölüm haqqında şəhadətnaməsini və Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq vərəsə kimi, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq "Vərəsəlik haqqında" şəhadətnaməni təxirə salmadan Cəmiyyətə təqdim edilməsi təklif edilib. Ancaq xx.xx.2022-ci il tarixədək X1 ölum haqqında şəhadətnaməsi və digər sənədlər Cəmiyyətə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə X18 ancaq ölüm haqqında şəhadətnamənin surətini, arayışın surətini şəxsən müəssisəyə təqdim etmişdir. Bu günədək Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq vərəsə kimi, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq "Vərəsəlik haqqında" şəhadətnaməni təqdim etməmiş və şəhadətnaməni ən qısa zamanda təqdim edəcəyi barədə söz vermişdir. Onun vədini əsas götürərək orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilmişdir. Sonradan isə X5 Əmək Müfəttişliyi Xidmətinin Şirvan- Salyan regional şöbəsinə ərizə ilə müraciət edərək guya mərhum həyat yoldaşı X8 vəfatı ilə bağlı Cəmiyyət tərəfindən verilmiş müavinətin az ödənilməsi ilə bağlı şikayət vermişdir. Onun ərizəsi əsasında aparılan araşdırma zamanı bütün zəruri sənədlər X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə təqdim edildikdən sonra əmək müfəttişi tərəfindən guya X1 vəfat etməsi ilə bağlı müavinətin az ödənildiyi müəyyən olunmuşdur. Müvafiq sənədlər təkrarən təqdim edildikdən sonra müəyyən edilmişdir ki, nəinki müavinət az, hətta 24 manat artıq ödənilib. Bütün bunlara baxmayaraq X21 Xidmətinin Şirvan- Salyan regional şöbəsi qərəzli olaraq 24 may 2023-cü il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edərək müəssisənin rəhbəri olaraq onu 700 (yeddi yüz) manat məbləğində cərimə etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Göstərilənlərə əsasən o, şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, X10 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə xanım Əhmədovaya "xxxx" ASC-də həyat yoldaşı X8 vəfatı ilə əlaqədar vərəsələrinə müvafiq müavinətin ödənilməməsi ilə bağlı ünvanlanmış müraciətinə Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Şikayət ərizəsinə müəssisədən təqdim edilmiş sənədlər tədqiq edilməklə və Ə.Səmədovun yazılı formada izahatı alınmaqla baxılarkən müəyyən edilmişdir ki, Şəlalə Səmədova 22 iyun 2022-ci il tarixdə vəfat etmiş, mərhum vəfat edənədək həmin müəssisədə fəhlə peşəsi üzrə çalışmışdır. Şəlalə Səmədovanın ölüm faktı səlahiyyətli qurumlarla dəqiqləşdirildikdən sonra onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Müəssisədən isə bildirilmişdir ki, vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsini onun həyat yoldaşından tələb etsələr də, həmin şəhadətnamə yalnız 20.12 2022-ci il tarixdə müəssisəyə təqdim olunmuşdur. Şəlalə Səmədovanın əri kimi Ə.Səmədova vərəsə qismində xx.xx.2022-ci il tarixdə son haqqhesab (1057 manat 36 qəpik) və xx.xx.2022-ci il tarixdə işçinin vəfatı ilə əlaqədar orta aylıq əmək haqqının 3 misli miqdarında (957 manat 51 qəpik) müavinət ödənilmişdir. Həmin müavinətdən qanunsuz və əsassız olaraq məbləğlər, yəni həmkarlar təşkilatına üzvlük, tibbi sığorta və işsizlikdən sığorta haqları tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin (işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir, eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1 və 102.1.4-cü maddələrinin müddəalarında qeyd olunur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır) tələbləri pozulmuşdur. Odur ki, tərəfindən 25 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə müəssisənin direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi (əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödəniməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə...) ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, müavinətdən qanunsuz tutulmuş məbləğlərin vəfat eden işçinin (Şəlalə Səmədova) vərəsələrinə ödənilməsi barədə Müəssisəyə göstəriş verilmişdir. İnzibati xəta haqqında protokol əsasında 24 may 2023-cü il tarixdə X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə o, Azərbaycan Respubliksı İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nın mühasibi X15 ifadə verərək göstərmişdir ki, X1 təyin edilmiş orta əmək haqqı məbləğinin 3 misli miqdarında müavinət məbləği 35,04 manat artıq ödənilmişdir. Qarşı tərəfin hüququları artıqlaması ilə təmin edildiyindən müəssisəyə qarşı qaldırılmış iddia əsassızdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala rayon Maliyyə şöbəsinin baş mühasibi X19 ifadə verərək göstərmişdir ki, "xxxx" ASC-nın X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından şikayətin araşdırılması nəticəsində məlum olur ki, X1 axırıncı haqq-hesabı (istifadə etmədiyi əmək məzuniyyətinə görə ödəniş) Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndinə əsasən axırıncı 12 ayın gəlirləri nəzərə alınmaqla və indeksasiya aparılmaqla hesablanıb ödənilmişdir. Dəfn müavinəti hesablanarkən axırıncı iki aylıq gəlirlər deyil, məzuniyyət hesablanması qaydasında olduğu kimi axırıncı 12 ayın gəlirləri nəzərə alınmış, nəzərdə tutlmadığı halda tutulmalar edilmiş və sonra ödəniş edilmişdir. Hesablama artıq aparıldığı üçün tutulmalara baxmayaraq ödəniş qanunauyğun hesablamadan artıq olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və DƏMX-nin nümayəndəsini və şahidləri dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdır. Təqdim olunmuş materialdan görünür ki, X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsində X10 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə xanım Əhmədovaya müraciəti əsasında araşdırma aparılmış, X10 izahatı alınmış, "xxxx" ASC-nın direktoru X9 barəsində inzibati xəta haqqında icraat başlanmışdır. Materialdan eyni zamanda görünür ki, X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi təqdim olunmuş materialla kifayətlənmiş, yuxarıda göstərilən şəxslərin əlavə izahatlarını almadan, həmin izahatlarda sual yaradan məsələləri araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X6 iş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli məktubundan görünür ki, o, X11 vəfatı ilə əlaqədar olaraq 922,47 manat pul vəsaitinin ödənilməli olduğu halda, ödəniş tapşırığında qeyd olunduğu kimi 957,51 manat ödənildiyini, ödəniş tapşırığından da göründüyü kimi 35,04 manat məbləğində əlavə ödəniş edildiyini, DƏMX-ə təqdim olunmuş sənədlərdə tutulma qeyd edilsə də, tutulma nəticəsində ödənilməli olan ölüm müavinətindən hər hansı bir azalma olmadığını və müəssisə tərəfindən hər hansı pozuntuya yol verilmədiyinin nəzərə alınmasını X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nəzərinə çatdırmışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinə ünvanladığı məktubunda Cəmiyyət tərəfindən təqdim olunmuş ödəniş tapşırığından da göründüyü kimi 35,04 manat məbləğində əlavə ödəniş edildiyini, əskik ödəmənin olmadığını və bunun araşdırılmasının vacib olduğunu bildirmişdir. Hesab edirəm ki, bu xüsusat da məhkəməyədək icraat zamanı araşdırılmalı idi. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi, X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi topladığı sənədlərlə kifayətlənərək X6 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Beləliklə, məhkəmə araşdırması üçün təqdim edilmiş iş materiallarının, həmçinin məhkəmə tərəfindən tələb edilmiş əlavə sənədlərin tədqiqindən, habelə şahid qismində məhkəmə iclasına dəvət olunmuş maliyyə sahəsi üzrə mütəxəssislərin iş materialına edilmiş yazılı rəylərindən məhkəmə bu qənaətə gəlir ki, müvafiq müavinətin ödənilməsi zamanı müavinət alan şəxsin qanunvericiliklə qorunan hüquqları heç bir halda pozulmamışdır. İşin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat miqdarında cərimə olunması ilə bağlı X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat miqdarında cərimə olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 24 may 2023-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar