Məhkəmə qərarları › İş №3(053)-251/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-251/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-251/2023 07.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 14 iyul 2023-ci il tarixli, 00100-01803/23 nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, BBGİ-nin "İpək Yolu" gömrük postundan daxil olmuş 34/024/016084 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, "Akkuşa" İstehsal- İstehlak Koorperativinin (VÖEN **********) ünvanına İran İslam Respublikasından göndərilən, 1402/01 saylı, xx.xx.2023-cü il tarixi invoys sənədi ilə müşayət edilən, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomaşında daşınan mallar **********4763 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. xx.xx.2023-cü il tarixində sözügedən mallara keçirilən gömrük yoxlaması zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində olan "Soyudulmuş beluqa balığı" adlı yükün netto cəkisinin 1200 kq bəyan edildiyi halda faktiki "Soyudulmuş beluqa balığı" netto çəkisinin 1119 kq olduğu, yəni 81 kq əskik və 2-ci mal mövqeyində soyudulmuş farel balığı: netto çəkisi 3500 kq bəyan edildiyi halda, faktiki soyudulmuş farel balığının netto çəkisinin 4270 kq olduğu, yəni 770 kq artıq çəki aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xxxx/006165 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında gərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş 9/4677 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 8821 (səkkiz min səkkiz yüz iyirmi bir) manat olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin kooperativin rəhbəri F. Hüseynov məhkəməyə telefonla məlumat verərək xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 07 iyun 2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomaşında daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********4763 sorgu nömrəli GB-nın 1-ci mal mövqeyində soyudulmuş beluqa balığı - netto çəkisi 1200 kq bəyan edildiyi halda, faktiki netto çəkisinin 1119 kq, yəni 81 kq əskik, 2-ci mal mövqeyində soyudulmuş farel balığı: netto çəkisi 3500 kq bəyan edildiyi halda, faktiki netto çəkisinin 4270 kq olduğu, yəni 770 kq artıq çəki aşkar edilmişdir. Gömrük yoxlaması keçirilən zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. İşdə olan gömrük bəyənnaməsindən və invoysdan görünür ki, Şəxs adına **-AA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 1402/01 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və **********4763 nömrəli gömrük bəyənnaməsi ilə rəsmiləşən 1ci mal mövqeyində soyudulmuş beluqa balığı- netto çəkisi 1200 kq bəyan edildiyi halda, faktiki netto çəkisinin 1119 kq, yəni 81 kq əksik, 2-ci mal mövqeyində soyudulmuş farel balığı: netto çəkisi 3500 kq bəyan edildiyi halda, faktiki soyudulmuş farel balığının netto çəkisinin 4270 kq olduğu, yəni 770 kq artıq çəki aşkar edilmişdir. İşdə olan Şəxs nümayəndəsi X1 Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 06 iyul 2023-cü il tarixli izahatında ünvanlarına İran İslam Respublikasından daxil olan yüklərin sifarişinin Şəxs direktoru tərəfindən edildiyini, İran İslam Respublikasından 1402/01 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə **-AA-*** nömrəli yük nəqliyyat vasitəsində yüklərinin gətirildiyini və gömrük orqanına **********4763 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edildiyini bildirmişdir. Qeyd etmişdir ki, bir daha bu kimi halın yaşanmaması üçün lazım olan tədbirləri əvvəllcədən görəcəklər və qanunla nəzərdə tutulmuş cəriməni və digər gömrük ödənişlərini ödəməyə hazırdırlar. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/4677 saylı ekspert rəyindən görünür ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda soyudulmuş balıq məhsulunun ümumilikdə 07 iyun 2023-cü il tarixdə (mövsümdən və ölçülərindən asılı olaraq) orta bazar topdansatış qiyməti təxminən 8821,00 manat müəyyən edilir. Həmin balıq məhsulunun ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir”. İşdə olan 14 iyul 2023-cü il tarixli, 00100-01803/23 nömrəli İnzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, "Akkuşa" İstehsal-İstehlak Koorperativi (VÖEN **********) tərəfindən İran İslam Respublikasından idxal edilən və **********4763 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan ediləndən faktiki olaraq az çıxan “Soyudulmuş beluqa balığı” yükünün 1 kq-nın qiyməti 30 manat müəyyən edilmiş 81 kq belamur balığı yükünün xx.xx.2023-cü il tarixə orta bazar topdansatış qiyməti təxminən 2430 (iki min dörd yüz otuz) manat, bəyan ediləndən faktiki çox çıxan 770 kq “Soyudulmuş farel balığı” yükünün xx.xx.2023-cü il tarixə orta bazar topdansatış qiymətinin 6391 (alt min üç yüz doxsan bir) manat, eyni zamanda **********4763 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan ediləndən faktiki çox çıxan qiyməti 770 kq "Soyudulmuş farel balığı” yükünün ümumilikdə orta bazar topdansatış qiymətinin 6391 (altı min üç yüz doxsan bir) manat olduğu və beləliklə də **********4763 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində balıqların çəkisinin düzgün göstərilməməsi nəticəsində ümumilikdə 6391 manat məbləğində "Soyudulmuş farel balığı" yükünün gömrük orqanına düzgün bəyan edilmədiyi faktı öz təsdiqini tapmışdır. Nəticədə, 6391 manat dəyərində balıqlar gömrük orqanına düzgün bəyan edilməmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışdır. Belə olan halda Şəxs hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi Şəxs barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Şəxsndən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, 6391 (altı min üç yüz doxsan bir) manat pulun 45 faizi məbləğində, yəni 2875,95 (iki min səkkiz yüz yetmiş beş manat doxsan beş qəpik) manat məbləğində inzibati cərimə edilsin. Şəxsndən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar