Məhkəmə qərarları › İş №3(053)-252/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-252/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-252/2025 30.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 25 yanvar 2025-ci il tarixdə saat 01:31-də Babək prospektinin çıxışı, Excelsior otelin qarşısında «Mercedec Benz 190» minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş (EQ ********), bununla bağlı həmin maddə ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Şəxs 25 yanvar 2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) aydan çox vaxt keçdiyinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Neftçala RPŞ DYPB tərəfindən 27 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilməsi barədə məlumatlandırılmış, lakin cəriməni qanunla müəyyən edilən müddət ərzində ödəməmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar