Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-256/2023 03.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, xx xxxxxx 1978-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsindən 03 avqust 2023-cü il tarixdə daxil olmuş, 03 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evin həyətində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 01 avqust 2023-cü il tarixdə məxfi mənbələrdən əldə edilmiş əməliyyat məlumatı əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi polis bölməsinə dəvət edilmiş, müvafiq araşdırma nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, qeyd edir ki, fərdi əmlə məşğul olur, ailəlidir, himayəsində üç uşağı vardır. Uşaqlardan iki nəfəri yetkinlik yaşına çatmamışdır. Ailəyə yeganə qazanc gətirən şəxsdir. 31 iyul 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evin həyətində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 01 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilmiş, sonra onlar narkotik vasitə qəbulunda şübhəli bilinərək test olunmasından ötrü onu Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada test olunduqdan sonra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəcəkdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-256/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-256/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver