Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-258/2025 03.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 29 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinə əsasən «Bu Məcəllənin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir». Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 100.1.3-cü maddəsində inzibati xəta haqqında protokolda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi” göstərilməlidir. Müvafiq məsələyə baxarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (onun qeydiyyatda olduğu yer, hazırda yaşayıb yaşamaması) göstərilməmiş və ya səhv göstərilmişdir. Şəxs yaşadığı ünvana bildiriş tərtib olunaraq poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli F-20 qəbzindən və zərfdən görünür ki, Şəxs vəfat etmişdir. Lakin həmin qəbz protokol tərtib edilərək məhkəməyə göndərilən zaman nəzərə alınmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğu zamanı müəyyən edilmişdir ki, xx.xx.1972-ci ildə Neftçala rayonu, Boyat kəndində doğulmuş Şəxs 09 mart 2025-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 53, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 29 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 58.1.8-ci maddəsində göstərilən əsasla xitam verilsin. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-258/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-258/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver