Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-261/2024 24.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə xx xxxxx 1972-ci il tarixdə Neftçala rayonu, 1-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, Neftçala rayonu, Aşağı Qaramanlı Ə/D, Birinci Qaralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 24 iyul 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 05 iyun 2024-cü il tarixdə verilmiş 03 aprel 2024-cü il tarixli, 2(106)-595/2024 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmaqla, Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(053)-1106/2023 saylı qətnaməsi alimentə dair hissədə dəyişdirilmiş, cavabdeh Şəxs uşaqları –30 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2, 18 iyun 2013-cü il tarixdə anadan olmuş X1 və 08 fevral 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, icra sənədi üzrə hal-hazırda ümumilikdə 2.475 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda icra sənədi üzrə Şəxs 2.475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində aliment borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini az əmək haqqı alması ilə izah edərək hər ay cəmi 150 manat aliment ödənişi edə biləcəyini bildirir. O, hazırda aliment borcundan cəmi 150 manat ödəniş etdiyini qeyd edərək, "xxxx" MMC-də fəhlə işlədiyini bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 24 iyul 2024-cü il tarixindən, saat 13:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-261/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-261/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver