Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-261/2025 03.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 03 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 20 iyun 2024-cü ildə 65 manat dəyərində 130 kq-lıq dəmir boruları və 24 oktyabr 2024-cü ildə isə 36 manat dəyərində 4 metr uzunluğunda dəmir boruları Zərərçəkmiş şəxs QSC-yə məxsus əraziyə qanunsuz daxil olaraq oğurlamaq yolu ilə özgə əmlakını talamışdır. Şəxs bildirir ki, yuxarıda təsvir olunmuş inzibati xətanı törədib. Lakin ərazinin QSCyə məxsus olmasını bilməmişdir. Özü subay, eyni zamanda işsizdir. Ona deyiləndən sonra həmin əraziyə getmir. Dolanışığını dəmir tullantıları yığıb satmaqla təmin edir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinin tələblərinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməməsi məsələsini həll edir (araşdırır). Müvafiq məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və iş materialları düzgün tərtib edilməmişdir. Əvvəla, Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinin tələbinə görə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». İşə əlavə edilmiş 14 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 20 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin 20 iyun 2024-cü il tarixdə mühafizə etdiyi Zərərçəkmiş şəxs QSC-nin “NOC- LTD”-nin 7-ci mədən ərazisindən Neftçala rayonu Yeniqışlaq kəndinə yaxın hissəsindən müxtəlif ölçü və diametrlərdə, 30 metr uzunluğunda, təxminən 200-250 kiloqram ağırlığında dəmir boruları metal axtaran aparat(dedektor) ilə taparaq qazıb çıxardıb oğurladıqlarını bildirmişdir. Bundan başqa 25 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs və X5 24 oktyabr 2024-cü il tarixdə mühafizə etdiyi Zərərçəkmiş şəxs QSC-nin “NOC- LTD”-nin 7-ci mədən ərazisindən istismarı dayandırılmış neft quyusunun istifadəsiz 4 metr uzunluğunda dəmir borusunu kəsib oğurladıqlarını bildirmişdir. Verilmiş məlumat Neftçala RPŞ-nin HK-1-də qeydiyyata alınmış va araşdırma aparılmışdır. Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınan X3 verdiyi izahatda bildirmişdir ki, “ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Tornado-Ş QSC-də bölmə rəisi işləyir. Şirkətin fəaliyyəti müxtəlif obyektlərin mühafizəsindən ibarətdir. Mühafizə etdikləri ərazilər arasında Noc ltd-nin mədən sahələri də var. Təxminən 1 ildir ki, o, Şəxs və X7 bir neçə dəfə mədən ərazilərindən dəmir boru qazıb çıxararkən görmüşdür. O, əvvəllər həmin şəxslərə irad bildirib bir də belə hərəkət tutmamaları barədə xəbərdarlıq etmişdir. O, 18 iyun 2024-cü il tarixdə yenə həmin şəxsləri mədən ərazisində görmüşdür. O, onlara sonuncu xəbərdarlığını etdiyini demişdir. Onun bütün xəbərdarlıqlarına baxmayaraq Ülvi və Emin 20 iyun 2024-cü il tarixdə yenə həmin əraziyə girmələrini və fotolarının çəkildiyini şirkətin əməkdaşları demişlər. O, dəqiq Ülvi və Eminin həmin günü də oradan oğurluq etdiyini bilmədiyi üçün Neftçala RPŞ-nə naməlum şəxs kimi müraciət etmişdir. Daha sonra əməkdaşlar fotoları ona təqdim etdikdə dəqiqləşdirmişdir ki, oğurluğu yenə Ülvi və Emin törətmişdir. Baş vermiş oğurluq nəticəsində şirkətə təxminən 1178 manat məbləğində maddi ziyan dəymişdir”. Beləliklə HK-1/604 və 1069 nömrəli material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X6 və X9 Zərərçəkmiş şəxs QSC-yə məxsus əraziyə qanunsuz daxil olaraq 20 iyun 2024-cü il tarixdə 65 manat dəyərində 130 kiloqram dəmir boruları və 24 oktyabr 2024-cü il tarixdə isə 36 manat dəyərində 4 metr uzunluğunda 20 mm-lik dəmir borunu oğurlayıb özgə əmlakını talamışlar. Material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Belə ki, inzibat xəta haqqında iş üzrə icraatın başlanması haqqında 02 iyun 2025-ci il tarixli qərardad qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokolu imzalayıb, əməlindən peşiman olduğunu bildirsə də inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs, zərər çəkmiş şəxs müəyyən edilməmişdir. HK-1/604 və 1069 nömrəli material üzrə araşdırma zamanı talama faktı ilə bağlı məlumat verən və izahatı alınan X3 bildirdiklərindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs QSC-də bölmə rəisi işləyir. Şirkətin fəaliyyəti müxtəlif obyektlərin mühafizəsindən ibarətdir. Mühafizə etdikləri ərazilər arasında “NOC-LTD”-nin mədən sahələri vardır. Kəsilib oğurlanmış borular da Zərərçəkmiş şəxs QSC-nin mühafizə etdiyi ərazidə yerləşən “NOC- LTD”-nin 7-ci mədən ərazisindən istismarı dayandırılmış neft quyusunun müxtəlif ölçülü dəmir borularıdır. Qeyd olunan xüsusatlar inzibati icraat zamanı düzgün araşdırılmamışdır. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat aparılarkən zərər çəkmiş şəxsin hüquqları pozulmuşdur. Bununla yanaşı, iş materiallarını nəzərdən keçirdikdə görünür ki, həmin materialda həmçinin vurulmuş zərərin miqdarını təsdiq edə biləcək materiallar kifayət qədər deyil. İnzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin miqdarı da onun özü tərəfindən deyil, “Vüsal” müəssisəsi hüquqi şəxsdən alınmış rəylə müəyyən olunmuşdur. Yəni zərərin miqdarı faktik olaraq yalnız qeyd olunan rəylə müəyyən edilmiş, zərər çəkmiş şəxs və onun nümayəndəsi icraata zamanı işə cəlb edilməmiş, izahatlar alınmamış, zəruri maddi sübutlar əldə olunmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib olunarkən zərər çəkmiş şəxs müəyyən olunmamış, onun hüquqları pozulmuş, həmçinin iş materiallarına zərərçəkmiş şəxsin (nümayəndənin) izahatları, digər mötəbər sübutlar əlavə edilməmiş və onun məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol həmin polis şöbəsinə qaytarılsın. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-261/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-261/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver