Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-263/2025 03.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon polis idarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Materialdan görünür ki, Şəxs Səbail rayon DYPŞ YPX inspektorunun 04 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsasında verilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Səbail rayon DYPŞ-nın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 13 mart 2024-cü il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin dispozisiyasından da göründüyü kimi, cərimə növündə inzibati tənbehin tətbiqi ilə bağlı qərarın qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 aylıq müddətin bitdiyi günün ertəsi gün şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və bu gün göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gün sayılır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər». Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta «İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara» aid olmaqla (İXM-nin XXXİX fəsili) həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan (o cümlədən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları) inzibati xətalara aid deyil. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan 04 aylıq müddət tətbiq olunmalıdır. İşin faktik hallarından görünür ki, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü ildə qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmişdir. EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi və qüvvəyə mindiyi tarixləri, eyni qərarın icra edilməli olduğu 03 aylıq müddəti, habelə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun xx.xx.2024-cü ildə tərtib olunduğunu, inzibati xəta haqqında materialın isə məhkəməyə xx.xx.2025-ci ildə təqdim edildiyini nəzərə aldıqda görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçib. Həmçinin işin faktik hallarından həmçinin görünür ki, Şəxs Səbail rayon DYPŞ YPX inspektorunun 04 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsasında verilmiş qərar üzrə 60 (altmış) manat məbləğində cəriməni və dəbbə pulunu sonradan ödəyib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddə ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №3(053)-263/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-263/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver