Məhkəmə qərarları › İş №3(053)-27/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-27/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-27/2023 02.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə 22 may 1973-cü ildə Neftçala rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Neftçala rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 02 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 02 yanvar 2023-cü ildə saat 13 radələrində küçədə Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur, münasibətləri yoxdur. 02 yanvar 2023-cü ildə saat 13 radələrində o, həyətindən görüb ki, Vüsal əmisi Məhəmmədgildən çıxıb əlində ağac tingi həyətinə əkməyə aparır. O, həyətindən Vüsala deyib ki, o vaxt mərhum bacısı Kəmalə üçün təcili yardım çağırmağa niyə imkan vermədi. Vüsal onun bacısı Şəlaləyə də nalayiq sözlər demiş, bu zaman aralarında münaqişə yaranmış, bu münaqişə zamanı Vüsal onu döymüşdür. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 02 yanvar 2023-cü ildə saat 13 radələrində küçədə bibisi oğlu Şəxs və bibisi qızı X5 onu nalayiq söyüşlərlə söyüb təhqir edərək üstünə hücum çəkmişlər, Şəxs yumruqla onun sinəsindən vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 Vüsal Əlibəy oğlunun bildirdiklərini təsdiq edərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Azəri və Şəlaləni vurmasını, döyməsini və onlara qarşı hər hansı bir zorakılıq hərəkətləri etməsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 Azər Oruc oğlunun dediklərini təsdiq edərək qeyd etmişdir ki, 02 yanvar 2023-cü ildə dayısı oğlu Vüsal onun saçlarından tutub yolmuş və onu da yumruqla vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 03 yanvar 2023-cü il tarixli 3 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ əlin arxa səthinin, sağ bilək nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, göstərilən müddət və şəraitdə, yəni 02 yanvar 2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar