Məhkəmə qərarları › İş №3(053)-270/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-270/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-270/2025 04.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 04 iyun 2025-ci il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 18 iyul 2023-cü il tarixdə verilmiş 18 iyul 2023-cü il tarixli, 2(053)-543/2023 nömrəli icra vərəqəsinə əsasən 17 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment 19 may 2023-cü il tarixdən hesablanmaqla Şəxs tutularaq Babayeva (Əbilova) Güllü Əjdər qızına ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, icra sənədi üzrə hal-hazırda ümumilikdə 3210 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu icra sənədini könüllü olaraq icra etmədiyinə görə ona daha əvvəl də yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və rəsmi poçt ünvanına göndərilmişdir. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmiş, lakin borclu icra sənədinin icrasından yenə də yayınmışdır. Hazırda Şəxs icra sənədi üzrə 3210 (üç min iki yüz on) manat borcu yaranmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, icra sənədi üzrə borclu olduğu məbləği ödəməkdən imtina etmir. Bildirir ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hal-hazırda heç bir yerdə işləmədiyindən və maddi çətinliklərinə görə borcundan ödəniş edə bilməmişdir. Hazırda tələbkara 3210 manat borcu vardır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. Tələbkar işin məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri haqqında məlumat verməmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-365/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir, maddi durumu ağır olduğundan borc məbləğini hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128– 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 04 iyun 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar