Məhkəmə qərarları › İş №3(053)-274/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-274/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-274/2025 01.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 03 iyun 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs 30 may 2025-ci il tarixdə saat 19.20 radələrində 10LU105 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” minik markalı avtomobili Neftçala şəhəri, Nizami küçəsində idarə edərkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından nümayişkaranə şəkildə istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Polis X2 Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X1 tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş sökülmə aktından görünür ki, Şəxs məxsus 10LU105 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” minik markalı avtomobilə baxış keçirilən zaman avtomobilin mühərrik hissəsində çoxavazlı səs siqnalının quraşdırıldığı aşkar edilmiş və həmin siqnal aktlaşdırılaraq maddi sübut kimi məhkəməyə təqdim olunması üçün götürülmüşdür. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs siqnalı müsadirə olunmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar