Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-275/2025 01.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1998-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən göndərilmiş 09 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 09 may 2025-ci il tarixdə saat 15:00 radələrində bort nömrəsiz, “Taxta” tipli, mühərriksiz üzmə vasitəsi ilə (qayıqla) su sərhəd rejiminə icazəsiz daxil olduğu üçün Azərbaycan Respublikasının sərhəd sularında sərhədboyu rejimi pozmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı özünü təqsirli bilərək iki-üç dəfə icazəsiz balıq ovuna çıxdığını bildirmişdir. Qeyd edir ki, əvvəllər də İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün məsuliyyətə cəlb edilmiş, lakin buna baxmayaraq məcburən dolanışığını təmin etmək məqsədilə təkrar bu əməli törətmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 04 iyun 2025-ci il tarixli məktubunda Şəxs 18 noyabr 2024cü il və 27 dekabr 2024-cü il tarixlərində də su-sərhədboyu rejim qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi və onun cərimə məbləğini dövlət nəfinə ödəməkdən yayındığı qeyd olunmuşdur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi halı iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-275/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-275/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver