Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-278/2023 24.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1968-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaraymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və yaşayan Məmmədov (Məmmədli) Şahin Balakişi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu 02 avqust 2023-cü il tarixdə, saat 09:30-da özünə məxsus “Mercedes-Benz” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Neftçala şəhər Mərkəzi Xəstəxanasının qarşısında qanunsuz taksi fəaliyyəti həyata keçirərkən Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşının xidməti vəzifəsinin yerinə yetirməsinə mane olmuş, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, taksi fəaliyyəti ilə məşğul olması üçün qanunla müəyyən olunmuş müvafiq sənədlərinin olmadığını, həmin sənədləri maddi imkanının olmaması səbəbindən ala bilmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin inspektoru X4 izahat verərək bildirmişdir ki, inzibati xəta törətmiş şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olmuş, müvafiq sənədləri təqdim etməməklə qanuna zidd hərəkətlər etmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta törətmiş şəxsin qanuna müvafiq olaraq cəzalandırılmasını xahiş etmişdir. “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Məmmədov (Məmmədli) X2 rayonu, Aşağı Qaraymanlı kəndində anadan olmuş, hazırda Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatdadır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Məmmədov (Məmmədli) Şahin Balakişi oğlunun Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İşin faktiki hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov (Məmmədli) Şahin Balakişi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-278/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-278/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver