Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-28/2023 07.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Məmmədova Sədaqət Səadət qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 07 fevral 2023cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala rayon polis şöbəsinin TQ-nin təhqiqatçısının 06 fevral 2022-ci il tarixli qərarından görünür ki, Əsgərov X1 rayonu, Həsənabad qəsəbəsində birgə yaşadıqları evdə, 04 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bildikdən sonra aralarında yaranmış mübahisə zəminində qəsdən döyərək, ona sağlamlığa zərər vurmayan kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Həsənabad qəsəbəsində arvadı Aynurə, qaynanası Almaz və xəstə baldızı ilə birlikdə qaynanasının evində yaşayır. 04 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Həsənabad İƏDÜN-dən onlara bir nəfər gələrək Aynurənin şikayəti əsasında onları rayon prokurorluğuna çağırdıqlarını bildirmişdir. O, da evə gedərək Aynurədən nə səbəbə şikayət etdiyini soruşmuş, Aynurə də xəbəri olmadığını bildirəndə aralarında mübahisə yaranmışdır. Hadisə yaşadıqları evdə baş vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 04 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Elmar şikayətlə bağlı məlumatı biləndən sonra yumruqla onu baş nahiyyəsinə, sillə ilə sifət nahiyyəsinə vuraraq yerə yıxmış, yerdə saçından tutaraq sürüyərək döymüşdür. Həmin vaxt o, fiziki ağrılar hiss etmişdir. Anası ilə bacısı onu Elmarın əlindən zorla almışlar. O, da bu barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Əvvəllər də əri Elmar onu döyümüşdür. Bir dəfə də onu döydüyü üçün şikayət etmişdir. Hadisə yaşadıqları evdə baş vermişdir. Həmin vaxt orada onunla Elmardan başqa, anası Almaz və nitq qüsurlu bacısı Vədilə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 06 fevral 2023-cü il tarixli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs “məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ saidin orta 1/3-nin arxa səthinin sıyrıqları” küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2023-cü il tarixdə qolundan tutub cırmaqlama nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, peşiman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 05 fevral 2023-ci il, saat 14:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-28/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-28/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver