Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-286/2024 02.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxx 1986-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 02 avqust 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 20 fevral 2020-ci il tarixdə verilmiş 16 dekabr 2019-cu il tarixli, 2(004)-5325/2019 nömrəli icra vərəqəsinə əsasən – cavabdeh Şəxs 8230 manat maddi ziyan və 500 manat mənəvi ziyan olmaqla, cəmi 8730 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməli, Neftçala Rayon Məhkəməsi tərəfindən 28 mart 2022-ci il tarixdə verilmiş 04 fevral 2022-ci il tarixli, 2(053)-32/2022 nömrəli icra vərəqəsinə əsasən – cavabdeh Şəxs 12000 manat pul alınıb iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, Zərərçəkmiş şəxs1 borcunun qalan 8.060 manat hissəsini və Zərərçəkmiş şəxs2 isə borcunun qalan 6.300 manat hissəsini hal-hazıradək icra etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda hər iki icra sənədi üzrə Şəxs 14.360 (on dörd min üç yüz altmış) manat məbləğində borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə qalan borc məbləğini ödəyə bilmədiyini hazırkı maddi durumu ilə əlaqələndir. Belə ki, o, əvvəllər işlədiyi tikinti şirkətinin istintaqa cəlb edildiyini, şirkətin hesabında olan vəsaitdən istifadə edə bilmədiyini bildirmişdir. Həmçinin qeyd edir ki, öhdəsində beş azyaşlı uşağı olmaqla onlardan ikisinə görə aliment ödəyir. Qalan üç uşaq isə hazırda himayəsində yaşayır. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı borclunun borcunu uzun müddətdir ki, ödəmədiyini, hər dəfə müxtəlif bəhanələr gətirdiyini, son dəfə olan borcundan 2024-cü ilin yanvar ayında 300, iyun ayında isə 200 manat ödədiyini qeyd edərək əlavə edir ki, etdiyi ödənişləri o, icra məmuru tərəfindən axtarışa verildikdən sonra məsuliyyətdən yayınmaq üçün icra etmişdir. Borclu borcunu ödəmədiyi halda barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Digər zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək borclunun dəfələrlə vədlər verməsinə baxmayaraq yerinə yetirmədiyini, bu səbəbdən də onun barəsində məhkəmə qərarının icrası naminə sərt tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin qalan hissəsini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. Şəxs əməlindən peşman olması və himayəsində azyaşlı uşaqlarının olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 02 avqust 2024-cü il tarixindən, saat 18:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-286/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-286/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver