Məhkəmə qərarları › İş №3(053)-287/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-287/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-287/2024 06.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Neftçala rayonu, Xoltəzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 06 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala rayon polis şöəsinin TQ-nin təhqiqatçısının 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, Babayev X1 rayonu, Xoltəzəkənd kəndində, 04 iyul 2024-cü il tarixdə, saat 21:20-də həmkəndlisi Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində qəsdən yumruqla döyərək, ona sağlamlığa zərər vurmayan kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xoltəzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs onun qonşusudur. O, 04 iyul 2024-cü il tarixdə kənddə yerləşən “X2”ndə həmkəndlisi Rahimin toy mərasimində iştirak etdiyi zaman Qisməti görüb bir neçə dəfə salam vermiş, Qismət onun üzünə baxmamış və bu barədə saat 22 radələrində dəhlizdə olanda iradını ona bildirmişdir. O, məsələni aydınlaşdırmaq üçün Qisməti şadlıq evindən kənara dəvət etmiş, Qismət ona “sən kimsən ki, sənə salam verim” deyib onu nalayiq söyüşlərlə söydüyü zaman özünü saxlaya bilməyib onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs bu vaxt üzünü tutub çıxıb getmişdir. Bildirir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxsla həm də qohumdur. Həmçinuin o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq cəza çəksə də il ərzində inzibati məsuliyyətə cəlb olunmadığını qeyd etmişdir. Habelə bildirir ki, hadisə baş verən zaman o, toyda bir qədər alkoqol qəbul etdiyindən müəyyən qədər sərxoş olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 04 iyul 2024-cü il tarixdə, saat 21:20 radələrində Neftçala rayonu, Xoltəzəkənd kəndində Şəxs ilə aralarında heç bir səbəb olmadan mübahisə yaranmış və Elvin əl və ayaq nahiyyəsi ilə onun bədəninin müxtəlif yerlərinə zərbələr vuraraq onu döymüşdür. Fiziki cəhətdən Elvindən zəif olduğu üçün ona müqavimət göstərə bilməmişdir. Bundan başqa hələ onunla mübahisəsi başlamazdan əvvəl Elvin şadlıq sarayının dəhlizində onun eşidəcəyi tərzdə və qəsdən telefonla kiminləsə danışdığı zaman onun əmilərinin və özünün ünvanına nalayiq sözlər söylədiyini qeyd etmişdir. O, da bu barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs “məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ və sol göz altı nahiyyələrinin, sol bazunun 1/3-nin iç səthinin qançırları, alın nahiyyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 avqust 2024-cü il saat 17:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar