Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-288/2024 07.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1976-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Neftçala rayonu, Bankə qəsəbəsi, V.Ağayev küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 07 avqust 2024-cü il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli, 2(053)- 752/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli, 2(053)- 752/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 15 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 12 aprel 2022-ci il tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. İmkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərinə çatdırılmışdır. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 15 mart 2023-cü il tarixli qərarına əsasən Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qətnamənin icrasından yenə də yayınmışdır. 18 sentyabr 2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icra olunması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs axtarış qərarı ilə 2023cü ilin dekabr ayında tutularaq Neftçala rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 22 dekabr 2023-cü il tarixli qərarına əsasən Şəxs bu dəfə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qətnamənin icrasından yenə də yayınmışdır. 2024-cü ilin fevral, aprel və iyun aylarında borclunun ünvanına xəbərdarlıq məktubları göndərilmiş, 10 iyul 2024-cü ildə borclunun axtarışı barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilmişdir. 07 avqust 2024-cü il tarixdə borclu tutularaq Neftçala rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda Şəxs Zərərçəkmiş şəxs 1758 (min yeddi yüz əlli səkkiz) manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə borclu olduğu məbləği 22 dekabr 2023-cü il tarixdə barəsindən inzibati həbs tətbiq edildiyi üçün ödəmir. Lakin indiki vaxtda ona digər şəxsin 300 manat borclu olduğunu və həmin şəxsin qeyd edilən məbləği ayın sonunda verəcəyini bildirmiş, bundan sonra həmin məbləğdə ödəniş edəcəyini vurğulamışdır. Habelə əgər yenidən onun barəsində inzibati həbs seçilərsə o, borcunu ödəməyəcəyini qeyd etmişdir. Rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Bildirir ki, hazırda Zərərçəkmiş şəxs 1758 (min yeddi yüz əlli səkkiz) manat borcu vardır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Şəxs borcundan ödənişlər etmir. Artıq ona olan inamı itmişdir. O, şəhid ailəsi üzvü olduğunu, həyat yoldaşının 1-ci Qarabağ Müharibəsində həlak olduğunu bildirmişdir. Bundan əlavə o, tənha olaraq yaşadığını, sağlamlığında problemlər olduğunu, mütəmadi müalicəyə ehtiyacı olduğunu qeyd etmişdir. Borcunu ondan tələb etmək üçün borcluya etdiyi zənglərə birmənalı olaraq cavab verməmiş, borclu ondan qaçıb gizlənmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və barəsində inzibati həbs tətbiq edildikdən sonra əsəbləşərək borcu ödəməmək qərarına gəlməklə izah etmişdir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3(053)-535/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Buna baxmayaraq Şəxs icra sənədinin icrasından açıq-aydın qərəzli formada boyun qaçırmaqla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, məhkəmə iclası zamanı heç bir peşmançılıq hissi keçirmədiyini büruzə verərək, eyni iş üzrə əvvəllər inzibati həbsə məruz qaldığı üçün hazırda ödəniş etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Onun əməlində iş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə məsuliyyəti ağırlaşdıran haldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117128– 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 avqust 2024-cü il tarixindən, saat 18:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-288/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-288/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver