Məhkəmə qərarları › İş №3(053)-290/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-290/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-290/2024 26.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Az4717 Neftçala rayonu, Həsənabad ştq, Fizuli ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X6 Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X6 Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 07 avqust 2024-cü il tarixli, 14000-01075/24 nömrəli protokoldan görünür ki, Az4717 Neftçala rayonu, Həsənabad ştq, Fizuli ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyədən 1 (bir) ədəd buraxılış ili 2022-ci il olan “Porsche Cayenne E” markalı, “WP1ZZZ9YZNDA” şassi nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 02 avqust 2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhəddini keçməsindən azı 1 (bir) saat əvvəl verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X6 Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- /3330/012/002949 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs ünvanına gələn 1 (bir) ədəd buraxılış ili 2022-ci il olan “Porsche Cayenne E” markalı, “WP1ZZZ9YZNDA” şassi nömrəli avtomobil “Mazımqara” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur. İşdə olan “Gömrük Xidmətinin Vahid X1” Malın çatdırılması və boşaldılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X6 Baş Gömrük İdarəsində Az4717 Neftçala rayonu, Həsənabad ştq, Fizuli ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına 1 (bir) ədəd buraxılış ili 2022-ci il olan “Porsche Cayenne E” markalı, “WP1ZZZ9YZNDA” şassi nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl xx.xx.2024-cü il tarixdə, saat 16:20:42-də “Mazımqara” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görsənir ki, Şəxs MMC-nin nümayəndəsi X3 nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi verilmədiyini etiraf edir və bunu məlumatsızlığı ilə əlaqələndirir. Belə olan halda Şəxs hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir». Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi Şəxs barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib,1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar