Məhkəmə qərarları › İş №3(053)-294/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-294/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-294/2024 16.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İşin faktik hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə inzibati xəta haqqında protokol DSX Sahil Mühafizəsinin Bakı Sahil Nəzarəti şöbəsi Hövsan SNB-nin vəzifəli şəxsi tərəfindən tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsini və inzibati xəta haqqında protokolun DSX Sahil Mühafizəsinin Bakı Sahil Nəzarəti şöbəsi Hövsan SNB-nin vəzifəli şəxsi tərəfindən tərtib olunduğunu nəzərə aldıqda görünür ki, Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer kimi Suraxanı rayonu qəbul edilməlidir. Şəxs işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatət də verməyib. Belə olan halda materiala Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır». Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır». Göstərilənlərə əsasən inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar