Məhkəmə qərarları › İş №3(053)-298/2022

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-298/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-298/2022 06.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X3 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 23 iyun 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 28 mart 2022-ci ildə verilmiş 04 fevral 2022-ci il tarixli 2(053)-32/2022 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs 12.000 (on iki min) manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunur ki, yuxarıda göstərilən protokol üzrə inzibati xəta haqqında işə 23 iyun 2022-ci ildə baxılmağa başlanmış, zərəçəkmiş şəxs işə onun iştirakı olmadan baxılması haqqında teleqram göndərmiş, inzibati xəta törətmiş şəxs borcundan ödəniş edəcəyini bildirərək ona vaxt verilməsini istəmiş, məhkəmə iclası 15 iyul 2022-ci il tarixinə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına (qəbzə imza etməklə) baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Neftçala Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 avqust 2022-ci il tarixinə saat 12.30-a təyin olunmuş məhkəmə iclası ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Lakin Neftçala Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı icra edilməyərək Şəxs gətirilməsi təmin edilməmişdir. Məhkəmə icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol 23 iyun 2022-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.4-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır», «İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın davam edən inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Şəxs barəsində 23 iyun 2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən artıq üç aydan çox müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar