Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-299/2023 16.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 15 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 05 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 20 iyul 2023-cü il tarixdə saat 13 radələrində Neftçala ərazisində yerləşən və «Pir» adlanan qəbiristanlıqda Neftçala şəhər sakini Zərərçəkmiş şəxs, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən yumruqla qarın nahiyəsindən vurmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçalada yerləşən və «Pir» adlanan qəbiristanlıqda mollalıq edir. 20 iyul 2023-cü il tarixdə saat 13 radələrində həmin qəbiristanlıqda olarkən "xxxx" MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs şəhid qəbrinin üstünə çıxaraq baş daşını sildiyini görmüş, onun qəbirin sinə daşının üstünə çıxmağına əsəbiləşmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Anarı vurmayıb. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" MMC-də fəhlə işləməklə Neftçala şəhərinin «Pir» adlanan qəbiristanlığının ərazisində yerləşən «Şəhidlər Xiyabanı»nda təmizlik işləri ilə məşğul olur. Şəxs isə həmin qəbiristanlıqda mollalıq edərək dini ayinlər icra edir. 20 iyul 2023-cü il tarixdə saat 13 radələrində qəbiristanlığın ərazisində Vüsalla rastlaşmış və həmin vaxt Vüsal ondan şəhidlərin dəfn olunduğu məzarlıqdan başqa bir ərazidə olan məzarın təmizlik işlərini görməsini tələb etmişdir. Vüsala etirazını bildirdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Vüsal onu döymüşdür. Vüsalla barışmadığını bildirərək, ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-299/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-299/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver