Məhkəmə qərarları › İş №3(053)-299/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-299/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-299/2024 23.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyəti olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 23 avqust 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 iyul 2019-cu il tarixdə verilmiş 12 iyul 2019-cu il tarixli, 2(053)-413/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 18 noyabr 2016-cı il tarixdə doğulmuş X4 və 28 noyabr 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi üzrə 16 iyul 2019-cu il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin borclu şöbəyə dəvət edilərək izahatı alınmış, o, izahatında hal-hazırda rəsmi olaraq hec bir yerdə işləmədiyini və maddi çətinlikləri olduğunu bildirmiş, lakin alimenti hər ay maddi imkanı olduqca ödəyəcəyini bildirmişdir. Borclu icra sənədini icra etmədiyi üçün icra sənədinin icrasına yönəldilə biləcək əmlaka malik olub-olmadığının müəyyən edilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular verilmişdir. Həmin sorğuların nəticəsində onun mülkiyyətində borcunun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olmadığı müəyyən edilmişdir. Borclunun izahatı alınmış, borcu ödəməsi təklif olunmuş, ödəməyəcəyi təqdirdə barəsində məhkəməyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol veriləcəyi barədə xəbərdar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yığılmış borcunu tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. Hər ay müəyyən olunmuş aliment məbləğini ödədiyini, alimentdən yayınmadığını bildirmişdir. Hazırda 1650 manat borcdan bu gün, yəni xx.xx.2024-cü il tarixdə 250 manat ödədiyini, bundan başqa iyun ayında 200 manat, iyul ayında 160 manat və hər ay, ödəniş etdiyini qeyd edərək qəbzlərin sürətini məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərinin nəzərə alıb, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə hər ay müəyyən məbləğlərdə ödəniş etdiyini və hazırda borcundan 250 manat ödədiyini bildirmiş, müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar