Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-300/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə 10 fevral 1955-ci ildə Neftçala rayonu, 26 Bakı Komissarı adına qəsəbədə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Neftçala rayonu, Həsənabad bələdiyyəsinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, İbadov X1 rayonu, Həsənabad bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli 04 saylı, 17 may 2023-cü il tarixli 05 saylı, 17 iyul 2023-cü il tarixli 07 saylı iclas protokolları üzrə qəbul olunmuş aktların surətlərini Şirvan Regional Ədliyyə İdarəsinə qanunvericilikdə müəyyən olunmuş müddətdə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, bir müddət xəstəliyi ilə əlaqədar əməliyyat və müalicə olunması səbəbindən qeyd edilən sənədləri vaxtında aidiyyəti üzrə göndərə bilmədiyini, gələcəkdə bu cür hallara yol verməyəcəyini və qanunun tələbinə mütləq qaydada əməl edəcəyini, habelə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXMnin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-300/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-300/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver