Məhkəmə qərarları › İş №3(053)-301/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-301/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-301/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08 avqust 2023-cü il tarixli 00100-02003/23 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN:**********) adına İran İslam Respublikasından xx.xx.2023-cü il tarixdə 38AB629 nömrə nişanlı yük avtomaşınında 1402/13 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5917 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********5917 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş soyudulmuş beluqa balığı yükünün çəkisinin 510 kq az olduğu, soyudulmuş xanı balığı yükünün çəkisinin 1103 kq az olduğu, həmçinin gömrük bəyannaməsində bəyan edilməyən, malmüşayiət sənədlərində qeyd edilməyən 1300 kq forel balığı və 672 kq nərə (asetrin) balığı aşkar edilmişdir. Beləliklə də, Şəxs tərəfindən gömrük bəyannaməsində qeyd edilməyərək gömrük orqanına düzgün bəyan edilməyən 1300 kq farel balığı, 672 kq nərə (asetrin) balığı, şirkət tərəfindən bəyan edilən, lakin 38AB629 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən 510 kq soyudulmuş beluqa balığı, 1103 kq soyudulmuş xanı balığı yükünün isə gömrük bəyannaməsində bəyan edildiyi, lakin 38AB629 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən yükün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-006870/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/5382/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş **********5917 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində qeyd edilməyərək gömrük orqanına düzgün bəyan edilməyən 1300 kq farel balığı və 672 kq nərə (asetrin) balığı məhsullarının xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti 4.3780 manat, həmin bəyannamədə bəyan edilən, 38AB629 nömrə nişanlı yük avtomaşınında aşkar edilməyən 510 kq soyudulmuş beluqa balığı və 1103 kq soyudulmuş xanı balığı məhsullarının isə xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti 25.571 manat müəyyən edilir. Həmin balıq məhsullarının ayrı-ayrılıqda adları və qiymətləri 3-16-16/2-9/5382/2023 nömrəli ekspert rəyinin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs tərəfindən İran İslam Respublikasından idxal edilən və **********5917 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilən mallara keçirilən yoxlama nəticəsində sözügedən bəyannamədə çəkisi və növü göstərilməyən, lakin faktik olaraq malların arasından aşkar edilən malların dəyərindən (43.780 manat) bəyannamədə çəkisi və növü göstəriləndən az aşkar edilən balıqların dəyərinin (25.571 manat) çıxılması yolu ilə 18209 manat dəyərində balıqların gömrük orqanına düzgün bəyan edilmədiyi və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5382/2023 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən balıqların xx.xx.2023-cü il tarixinə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 69351,00 manat müəyyən olunur…» İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddələri ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2 maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: «zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən» ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur». Eyni Məcəllənin 55.3-cü maddəsinə əsasən «İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir». İş materiallarında olan «ekspertiza xərclərinə dair» bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxsndən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 18.209 (on səkkiz min iki yüz doqquz) manat dəyərində malların dəyərinin 40 (qırx) faizi, yəni 7.283 (yeddi min iki yüz səksən üç) manat 60 (altmış) qəpik məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxsndən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar