Məhkəmə qərarları › İş №3(053)-313/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-313/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-313/2023 30.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 29 avqust 2023-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 aprel 2023-cü il tarixdə verilmiş 07 aprel 2023-cü il tarixli, 2(053)-193/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 19 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, aliment dərhal icra edilməli, eyni zamanda məhkəmənin 22 may 2023-cü il tarixdə verilmiş 07 aprel 2023-cü il tarixli, 2(053)-193/2023 nömrəli icra vərəqəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-618/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə 12 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 12 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, ilkin icra sənədi üzrə 05 may 2023-cü il tarixdə, növbəti icra sənədi üzrə 22 may 2023-cü il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin borclu şöbəyə dəvət edilərək izahatı alınmış, o, izahatında hal-hazırda rəsmi olaraq hec bir yerdə işləmədiyini və maddi çətinlikləri olduğunu bildirmiş, lakin alimenti hər ay maddi imkanı olduqca ödəyəcəyini bildirmişdir. Daha sonra borclu icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilmiş, o, gəlməkdən boyuq qaçırmışdır. Bu səbəbdən onun barəsində 03 iyul 2023-cü il tarixdə axtarış qərarı qəbul edilmiş və borclu şöbəyə təhvil verilmişdir. Borclu icra sənədini icra etmədiyi üçün icra sənədinin icrasına yönəldilə biləcək əmlaka malik olub-olmadığının müəyyən edilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular verilmişdir. Həmin sorğuların nəticəsində onun mülkiyyətində borcunun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olmadığı müəyyən edilmişdir. Borclunun izahatı alınmış, borcu ödəməsi təklif olunmuş, ödəməyəcəyi təqdirdə barəsində məhkəməyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol veriləcəyi barədə xəbərdar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yığılmış borcunu tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı və bir müddət xəstə olması ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. Hər ay müəyyən olunmuş aliment məbləğini ödədiyini, alimentdən yayınmadığını və xəstə olduğu üçün dörd ay əvvəl olan borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda 1600 manat borcdan 600 manat ödədiyini 1000 manat borcu qaldığını bildirmişdir. Günəmuzd 15 manata işlədiyini, evdə olan xəstə anasını da müalicə etdirdiyini bildirmişdir. Qeyd etdiklərini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə ayda 280 manat ödədiyini bildirmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar