Məhkəmə qərarları › İş №3(053)-314/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-314/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-314/2023 30.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxxx 1982-ci il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 29 avqust 2023-cü il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 25 iyul 2022-ci il tarixdə verilmiş, 14 iyun 2022-ci il tarixli, 2(053)-469/2022 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 12.035,07 (on iki min otuz beş manat yeddi qəpik) manat pul və ödənilmiş 126,10 (yüz iyirmi altı manat on qəpik) manat dövlət rüsumu alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 25 iyul 2022-ci il tarixdə verilmiş, 14 iyun 2022-ci il tarixli, 2(053)-469/2022 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 26 iyul 2022ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, həmin tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Borclu icra sənədlərini könüllü olaraq icra etmədiyinə görə ona yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və rəsmi poçt ünvanına göndərilmişdir. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qətnamələrin icrasından yenə də yayınmışdır. 11 avqust 2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icra olunması üçün Neftçala rayon polis şöbəsinə göndərilmişdir. Bundan sonrakı dövrdə də borclu qətnamənin icrasından yayınmışdır. Hazırda Şəxs Zərərçəkmiş şəxs 10.461,17 (on min dörd yüz altmış bir manat on yeddi qəpik) manat borcu qalmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə borclu olduğu məbləği ödəməkdən imtina etmir. Düşdüyü çətin vəziyyətlə bağlı borclarını ödəyə bilmir. Dolanışığını güclə təmin edir. Rəsmi iş yeri də yoxdur. Lakin avqust ayının 11-də 200 manat, 24-də isə 400 manat tələbkara ödənişlər etmişdir. Hazırda tələbkara 10.460 manat borcu vardır. Bildirir ki, əvvəllər işləmədiyindən və uşağı xəstə olduğundan ödəniş edə bilməmişdir. Tələbkarla əvvəllər bir yerdə işləmişlər. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı iclasına gəlməmiş, lakin Neftçala rayon İcra və probasiya şöbəsinə ünvanladığı 29 avqust 2023-cü il tarixli ərizəsində Şəxs hazırda borclu olduğu 10.461,17 manat məbləğində pulu ona ödəməkdən boyun qaçırdığını və onun inzibati məsuliyyətə cəlb olunmasını, işə isə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir, maddi durumu ağır olduğundan borc məbləğlərini hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117128– 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 30 avqust 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar